• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Qulu Məhərrəmli: “Azərbaycan dilinə sevgi yaratmadan, cərimə ilə nəticə əldə etmək mümkün deyil”

13 Yanvar, 26 / 10:47
A A
Qulu Məhərrəmli: “Azərbaycan dilinə sevgi yaratmadan, cərimə ilə nəticə əldə etmək mümkün deyil”

 

Azərbaycan dili bizim milli kimliyimizin əsas dayağı, düşüncə və ifadə vasitəmizdir. Onun qorunması və zənginləşdirilməsi hər bir vətəndaşın mənəvi borcudur. Son dövrlərdə Azərbaycan dilinin tətbiqi ilə bağlı pozuntulara qarşı cərimələrin tətbiqi məsələsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Tanınmış dilçi alim, professor, Qulu Məhərrəmli bu məsələ ilə bağlı  Alyans.media – ilə fikirlərini bölüşərək bildirib ki, dilin qorunması təkcə inzibati yollarla deyil, daha çox sevgi, maarifləndirmə və dilə olan münasibətlə mümkün ola bilər.

Onun sözlərinə görə, dövlət dili olan Azərbaycan dilinin qorunması və inkişafı hər bir vətəndaşın mənəvi borcudur. Əməkdar jurnalist qeyd edib ki, bu sahədə kifayət qədər qanunvericilik bazası, dövlət proqramları və normativ sənədlər mövcuddur. Lakin problem əsasən dil daşıyıcılarının – yəni vətəndaşların, media və reklam sahələrinin məsuliyyətsiz yanaşmasından qaynaqlanır.

“Şəhərdə hər yerdə dil pozuntuları var – reklam lövhələrində, elanlarda, müəssisə adlarında. Xarici sözlərin həddindən artıq istifadəsi, Azərbaycan əlifbasına və orfoqrafiyasına uyğun olmayan yazılar geniş yayılıb. Amma bütün bu problemlərin həlli inzibati cərimələrlə deyil, maarifləndirmə ilə olmalıdır,” – deyə professor vurğulayıb.

Qulu Məhərrəmli hesab edir ki, dilə münasibət qanunla deyil, sevgi ilə formalaşmalıdır: “Cərimə dili qorumağın effektiv yolu deyil. Əsas məsələ insanlarda ana dilinə sevgini, məsuliyyəti və marağı oyatmaqdır. Dilə hörmət, ilk növbədə, onu yaxşı bilməkdən və düzgün istifadə etməkdən keçir. Bu da təhsillə, mədəniyyətlə, maarifləndirmə ilə mümkündür”.

Televiziya tənqidçisi onu da qeyd edib ki, dilin inkişafı üçün oxumaq, mütaliə, ədəbiyyat və zəngin nitq mədəniyyəti vacib şərtlərdir: “Dil bir xalqın düşüncə tərzidir. Ona görə də Azərbaycan dili nəzarət yox, sevgi ilə qorunmalıdır”.

Əvvəlki yazı

Bu cərimə 5 dəfə artırılıb

Növbəti yazı

Biləsuvarda zəlzələ olub

XƏBƏR LENTİ

Milli Məclisin iclası başladı: 8 məsələyə baxılacaq

Milli Məclisin iclası başladı: 8 məsələyə baxılacaq

21/04/2026 11:40
Alimenti rədd etdi, qızına öz soyadını verdi

Alimenti rədd etdi, qızına öz soyadını verdi

21/04/2026 11:14
Azərbaycanda bəzi yerlərdə yağıntı intensivləşib, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Azərbaycanda bəzi yerlərdə yağıntı intensivləşib, dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

21/04/2026 10:49
Piramida üzərində turistləri atəşə tutdu - Ölü və yaralılar var

Piramida üzərində turistləri atəşə tutdu - Ölü və yaralılar var

21/04/2026 10:23
Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

20/04/2026 23:52
Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

20/04/2026 23:28
İtaliyada 1 avroya evlər satılır

İtaliyada 1 avroya evlər satılır

20/04/2026 23:02
Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

20/04/2026 23:02
Zelenski Kiyev rəhbərliyini tənqid etdi

Zelenski Kiyev rəhbərliyini tənqid etdi

20/04/2026 22:40
Ülvi Məmmədov DÇ-də yarışacaq

Ülvi Məmmədov DÇ-də yarışacaq

20/04/2026 22:16
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.