• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

20 Aprel, 26 / 23:02
A A
Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

Ali təhsil almaq illərlə gənclərin əsas hədəfi kimi təqdim olunsa da, məzun olduqdan sonra iş tapa bilməyənlərin sayı bu yanaşmanın effektivliyini sual altına alır. Mütəxəssislər hesab edir ki, problemin kökündə həm fərdi seçimlər, həm də təhsil sistemindəki boşluqlar dayanır.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Alyans.media-ya açıqlama verib. Eksperti Elçin Əfəndi hesab edir ki, “diplom var, iş yoxdur” probleminin əsas səbəblərindən biri vaxtında düzgün ixtisas seçiminin aparılmamasıdır: ‘’Abituriyentlər əmək bazarının tələblərini və öz bacarıqlarını kifayət qədər araşdırmadan seçim edirlər. Halbuki əmək bacarıqları əvvəlcədən müəyyənləşdirilməli, bazarda daha çox tələbat olan sahələr nəzərə alınmalıdır. Digər bir ciddi problem tələbələrin universitet illərində özlərini inkişaf etdirməməsidir. Belə ki, bir çox tələbə xarici dil biliklərini artırmır, kompüter proqramlarını öyrənmir, müxtəlif təlimlərdə iştirak etmir və ya könüllülük fəaliyyətinə qoşulmur. Nəticədə, onlar yalnız universitetə davam edib aşağı akademik göstəricilərlə kifayətlənirlər. Bundan əlavə, problem müəyyən qədər ali təhsil müəssisələri ilə də bağlıdır. Universitetlər tələbələrə daha geniş təcrübə imkanları yaratmalı, müxtəlif qurumlarla əməkdaşlıq etməlidirlər. Tələbələr həmin müəssisələrdə təcrübə keçməli və özlərini sübut edənlər üçün iş imkanları yaradılmalıdır.”

Ekspert qeyd edir ki, özünü inkişaf etdirən şəxslər aidiyyəti üzrə imtahanlarda – dövlət qulluğu və digər qurumların seçim mərhələlərində iştirak edərək uğur qazana bilirlər: ‘’Bu isə onların iş tapmaq şansını əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda, daha tez iş tapmaq istəyənlər üçün alternativ yol kimi peşə təhsili də göstərilir. Onun sözlərinə görə, əgər bir şəxsin əsas məqsədi sadəcə ali təhsil müəssisəsinə qəbul olmaqdırsa, bu halda peşə məktəblərində dərzilik, aşpazlıq, saç ustalığı, avtomobil texnikası və elektrik ixtisasları üzrə təhsil almaq daha məqsədəuyğun ola bilər. Bu sahələr üzrə ixtisaslaşan şəxslər universiteti yalnız diplom üçün bitirib işsiz qalmaq riskindən daha uzaq olurlar.”

Aysel Tağıyeva

Əvvəlki yazı

Zelenski Kiyev rəhbərliyini tənqid etdi

Növbəti yazı

İtaliyada 1 avroya evlər satılır

XƏBƏR LENTİ

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

20/04/2026 23:52
Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

20/04/2026 23:28
İtaliyada 1 avroya evlər satılır

İtaliyada 1 avroya evlər satılır

20/04/2026 23:02
Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

20/04/2026 23:02
Zelenski Kiyev rəhbərliyini tənqid etdi

Zelenski Kiyev rəhbərliyini tənqid etdi

20/04/2026 22:40
Ülvi Məmmədov DÇ-də yarışacaq

Ülvi Məmmədov DÇ-də yarışacaq

20/04/2026 22:16
Tramp son sözü deyəcək

Onlarla görüşməkdə heç bir problemim yoxdu

20/04/2026 21:39
Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

20/04/2026 21:19
Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

20/04/2026 21:08
Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

20/04/2026 20:53
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.