Azərbaycanla Uqanda arasındakı diplomatik və xidməti pasport sahibləri viza tələblərindən azad edilib.
Alyans.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.










