• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Ombudsman Səbinə Əliyeva 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat verib

19 Yanvar, 26 / 13:03
A A
Ombudsman Səbinə Əliyeva 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat verib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bəyanat verib.

Alyans.media xəbər verir ki, Ombudsmanın bəyanatı bu gün keçirilən tədbirdə ölkə və dünya ictimaiyyətinə çatdırılıb.

Bəyanatda deyilir:

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilədən 36 il ötür.

İnsanlıq əleyhinə törədilmiş bu qanlı hadisə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur. Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir.

Həmin gecə Bakı şəhərində və respublikanın digər bölgələrində mülki və silahsız əhaliyə qarşı qeyri-mütənasib hərbi güc tətbiqi nəticəsində 150 nəfər dinc sakin qətlə yetirilmiş, 744 nəfər yaralanmış, nəticədə beynəlxalq hüquq normaları ilə bərabər, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları da kobudcasına pozulmuş, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulmuşdu.

Dinc əhaliyə qarşı hərbi güc tətbiqi, xəbərdarlıq edilmədən və real təhlükə mövcud olmadan insanların həyat və sağlamlığına qəsd edilməsi beynəlxalq insan hüquqları hüququna görə yolverilməzdir və dövlətlərin fövqəladə vəziyyətlərdə belə riayət etməli olduqları mütləq hüquqların pozuntusu hesab olunur. Bu baxımdan, 20 Yanvar hadisələri beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulduğunu təsdiq edir.

O dövrdə ən ciddi bəyanatı xalqımızın Moskvada yaşayan Ulu Öndəri Heydər Əliyev Azərbaycan xalqı adından vermişdi. Təzyiqlərə və şəxsi təhlükəsizlik risklərinə baxmayaraq, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat qarşısında çıxış edərək dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayəti açıq şəkildə pisləməsi, onun birbaşa keçmiş SSRİ rəhbərliyinin məsuliyyəti olduğunu bəyan etməsi 20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymətin verilməsi baxımından mühüm tarixi əhəmiyyət kəsb etmişdir.

Bununla yanaşı, beynəlxalq ictimaiyyət və aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən həmin dövrdə bu hadisələrə lazımi siyasi-hüquqi qiymətin verilməməsi beynəlxalq ədalət prinsiplərinin pozulması ilə nəticələnmiş, cəzasızlıq mühitinin formalaşmasına zəmin yaratmışdır. BMT-nin insan hüquqları mexanizmləri çərçivəsində kütləvi və ağır pozuntulara vaxtında və prinsipial reaksiya verilməməsi sonrakı mərhələlərdə regionda insan hüquqlarına qarşı törədilmiş digər ağır cinayətlər üçün əlverişli zəmin yaradıb.

Ombudsman olaraq vurğulamaq istərdim ki, 20 Yanvar faciəsinin beynəlxalq hüquq normaları prizmasından obyektiv və hərtərəfli araşdırılması, bu hadisələrin insanlıq əleyhinə cinayət kimi tanınması, habelə yalnız icraçıların deyil, qərar qəbuletmə prosesində iştirak etmiş bütün məsul şəxslərin hüquqi cavabdehliyinin təmin edilməsi ədalətin bərpası baxımından zəruridir.

Bu istiqamətdə beynəlxalq təşkilatları, xüsusilə BMT-nin müvafiq mexanizmlərini prinsipial mövqe sərgiləməyə, 20 Yanvar hadisələrini törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi, bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verilməsi məqsədilə birgə əməkdaşlığa dəvət edirəm.

20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq”.

Əvvəlki yazı

DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Növbəti yazı

Bakıda FACİƏ: Ölən var

XƏBƏR LENTİ

Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

22/04/2026 19:02
Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

22/04/2026 18:36
AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

22/04/2026 18:11
Sabahın havası ilə bağlı - XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı - XƏBƏRDARLIQ

22/04/2026 17:46
İbrahimin vəsiyyəti təəccübləndirdi - “Pulu mən qazanmışam, kimə nə?”

İbrahimin vəsiyyəti təəccübləndirdi - “Pulu mən qazanmışam, kimə nə?”

22/04/2026 17:21
Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

22/04/2026 16:57
Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

22/04/2026 16:46
Bazarlarda bu məhsullar UCUZLAŞDI 

Bazarlarda bu məhsullar UCUZLAŞDI 

22/04/2026 16:31
Azərbaycan və İrlandiya enerji sahəsində əməkdaşlıq edəcəklər

Azərbaycan və İrlandiya enerji sahəsində əməkdaşlıq edəcəklər

22/04/2026 16:21
Mikroneziya və Marşal Adaları Bakı Mərkəzi ilə əməkdaşlıq etmək istəyir

Mikroneziya və Marşal Adaları Bakı Mərkəzi ilə əməkdaşlıq etmək istəyir

22/04/2026 16:16
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.