• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

22 Aprel, 26 / 19:02
A A
Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama
2026-cı ilin fevral ayının sonundan etibarən qlobal buğda bazarında ciddi gərginlik müşahidə olunur. Çikaqo Ticarət Birjasında buğda fyuçerslərinin qiyməti həftəlik müqayisədə təxminən 5% artıb. Bu göstərici fevral ayından bəri qeydə alınan ən yüksək artım hesab olunur. 
Belə vəziyyət adətən məhsulların, xüsusilə də un və çörək kimi əsas ərzaq məhsullarının qiymətində artım ehtimalını gündəmə gətirir.
Alyans.media-nın məlumatına görə, iqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasınsa deyib ki, Azərbaycanda çörək böhranı gözlənilmir: 
“Azərbaycanda çörək və buğda ilə bağlı böhran gözlənilmir. Ölkə elə bir regionda yerləşir ki, ətrafında bir sıra iri buğda istehsalçıları mövcuddur. Hazırda Azərbaycanın istehlak etdiyi buğdanın təxminən 75 faizi xaricdən idxal olunur, 25 faizi isə ölkə daxilində istehsal edilir. Bununla belə, yerli istehsalın artırılması hesabına bu göstəricinin 50 faizə qədər yüksəldilməsi potensialı mövcuddur”.
O qeyd edib ki, Azərbaycanın təxminən 270 günlük buğda ehtiyatı mövcuddur:
“Qonşu ölkələr – Qazaxıstan, Rusiya və Ukrayna böyük taxıl istehsalı və ixrac imkanlarına malikdir. Xüsusilə Qazaxıstanla Azərbaycan arasında uzunmüddətli buğda tədarükü ilə bağlı müqavilələr qüvvədədir. Eyni zamanda, Azərbaycanın təxminən 270 günlük buğda ehtiyatı mövcuddur”.
İqtisadçı vurğulayıb ki, çörəyin qiymətində artım ehtimalı istisna edilmir:
“Çörəyin qiymətində artım ehtimalı istisna edilmir. Çox güman çörəyin qiyməti artacaq. Dünya bazarlarında baş verən dəyişikliklərə uyğun olaraq un məmulatlarının da qiymətində bahalaşma müşahidə oluna bilər. Lakin bu, ölkədə çörək qıtlığı yaranacağı anlamına gəlmir”.
Əvvəlki yazı

Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

Növbəti yazı

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

XƏBƏR LENTİ

Azərbaycanda internet bahalaşdı - Yeni qiymət

Azərbaycanda internet bahalaşdı - Yeni qiymət

22/04/2026 20:23
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

22/04/2026 19:53
Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

22/04/2026 19:02
Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

22/04/2026 18:36
AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

22/04/2026 18:11
Sabahın havası ilə bağlı - XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı - XƏBƏRDARLIQ

22/04/2026 17:46
İbrahimin vəsiyyəti təəccübləndirdi - “Pulu mən qazanmışam, kimə nə?”

İbrahimin vəsiyyəti təəccübləndirdi - “Pulu mən qazanmışam, kimə nə?”

22/04/2026 17:21
Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

22/04/2026 16:57
Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

22/04/2026 16:46
Bazarlarda bu məhsullar UCUZLAŞDI 

Bazarlarda bu məhsullar UCUZLAŞDI 

22/04/2026 16:31
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.