• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Gündəm

Üzərində evlər tikilən su-kanalizasiya xətlərinin yeri dəyişdirilir

26 Yanvar, 26 / 11:59
A A
Üzərində evlər tikilən su-kanalizasiya xətlərinin yeri dəyişdirilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakıda 7 küçədə üzərində evlər tikilən su-kanalizasiya xətlərinin yerini dəyişdirir.

Alyans.media  bu barədə Xidmətə istinadən xəbər verir.

Məlumata görə, paytaxtın bəzi ərazilərində evlər qeyri-qanuni olaraq mühafizə zolağında, magistral içməli və tullantı su xətlərinin üzərində tikilib. Həmin xətlər istismar müddətinin bitməsi səbəbindən, ya da üzərində qanunsuz inşa edilən tikililərin ağırlığından sıradan çıxır.

Məsələn, Bakının Biləcəri qəsəbəsi, Tomris və Zeytun küçələrində kollektorun üzərində evlər tikildiyinə, sakinlərin konstruksiyası zədələyərək fərdi kanalizasiya təchizatlarını magistral xəttə qoşduqlarına görə yararsız hala düşən xətt yenisi ilə əvəzlənir.

Kanalizasiya təsərrüfatının mövcud vəziyyəti barədə sakinlərə öncədən xəbərdarlıq edilib. Onlara bildirilib ki, su təchizatı və kanalizasiya sistemlərinin mühafizə ərazisində, boruların üzərində tikililərin olması böyük təhlükələrə yol açır. Belə vəziyyətdə yüklənmə nəticəsində həm təchizat sistemi sıradan çıxar, həm də evlərə ziyan dəyər.

Hazırda yararsız hala düşən tullantı su kollektorunun yeri dəyişdirilir. Yeni xətt Atropat, Tomris, Atilla, Kəhriz və Yaşar Sadıqov küçələrinin müəyyən hissələrini əhatə edir.

Diametri 1000 mm olan qəzalı kollektorun əvəzinə yeni magistral xəttin çəkilməsi işləri çərçivəsində, uzunluğu 1152 metr yeni tullantı su xətti inşa edilir. Hazırda xəttin 1068 metr hissəsi çəkilib.

Layihəyə uyğun olaraq 22 ədəd quyu nəzərdə tutulub. Onlardan 14 ədədi tikilib. Eyni zamanda layihə çərçivəsinə 2304 metr abonent xətti çəkilir.

Ərazidə ümumi funksionallığı təmin etmək üçün diametri 300 mm olan boru ilə 1050 metr kanalizasiya kollektorunun inşası da nəzərdə tutulub.

Yasamal rayonu, Həbib bəy Səlimov küçəsində evlər su xəttinin üzərində inşa olunub. Yüklənmə nəticəsində qəzalı vəziyyət yarandığı üçün 48 metr yeni xətt çəkilərək istismara verilib.

Tullantı su xəttinin üzərində tikili olan daha bir ünvan Nərimanov rayonu, Montin yaşayış massivi, Şahin Mustafayev küçəsidir. Küçədən keçən mövcud kanalizasiya xəttində qəza baş verib. Qəzalı hissə fərdi yaşayış evinin altında qaldığına görə xəttin bərpası mümkün olmayıb. Bu səbəbdən yeni xəttin çəkilməsi məcburiyyəti yaranıb. Ərazinin torpaq örtüyü qaya daşlarından ibarət olduğuna görə xüsusi texnika cəlb edilib. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

 

Əvvəlki yazı

İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik edib

Növbəti yazı

Kəmaləddin Heydərov onu VƏZİFƏSİNDƏN AZAD ETDİ

XƏBƏR LENTİ

Azərbaycan və İrlandiya enerji sahəsində əməkdaşlıq edəcəklər

Azərbaycan və İrlandiya enerji sahəsində əməkdaşlıq edəcəklər

22/04/2026 16:21
Mikroneziya və Marşal Adaları Bakı Mərkəzi ilə əməkdaşlıq etmək istəyir

Mikroneziya və Marşal Adaları Bakı Mərkəzi ilə əməkdaşlıq etmək istəyir

22/04/2026 16:16
Ukrayna üçün 90 milyardlıq kredit təsdiqləndi

Ukrayna üçün 90 milyardlıq kredit təsdiqləndi

22/04/2026 16:03
Metrodan istifadə edənlərin nəzərinə 

Metrodan istifadə edənlərin nəzərinə 

22/04/2026 15:58
Ukrayna ordusu Yaxın Şərqə daxil olur-Britaniya və Fransa ilə gizli plan

Ukrayna ordusu Yaxın Şərqə daxil olur-Britaniya və Fransa ilə gizli plan

22/04/2026 15:52
Latviya prezidenti "Bakı Ağ Şəhər"də olub

Latviya prezidenti "Bakı Ağ Şəhər"də olub

22/04/2026 15:44
Ərbildə neft emalı zavodunda PARTLAYIŞ 

Ərbildə neft emalı zavodunda PARTLAYIŞ 

22/04/2026 15:27
İran Hörmüzdə 2 xarici gəmini SAXLADI

İran Hörmüzdə 2 xarici gəmini SAXLADI

22/04/2026 15:23
İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verib

İranın neft gəmiləri Vaşinqtona meydan oxuyur-Ağ Evin planları alt-üst oldu

22/04/2026 15:08
İran XİN: Diplomatiya üçün zəruri şərait yarandıqda, Tehran müvafiq addımlar atacaq

İran XİN: Diplomatiya üçün zəruri şərait yarandıqda, Tehran müvafiq addımlar atacaq

22/04/2026 15:00
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.