• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Vəkil Rəşad Əliyev -  Məhkəmə qərarına məhəl qoymayanlara ağır cəza, ALİMENTLƏ BAĞLI ŞOK DETALLAR 

26 Yanvar, 26 / 16:36
A A
Vəkil Rəşad Əliyev -  Məhkəmə qərarına məhəl qoymayanlara ağır cəza, ALİMENTLƏ BAĞLI ŞOK DETALLAR 

Boşanma prosesində yetkinlik yaşına çatmayan uşaqların taleyi və onların maddi təminatı məsələləri Azərbaycan qanunvericiliyində xüsusi həssaslıqla tənzimlənir. Nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə uşaqların kiminlə qalması, alimentin ödənilmə qaydası və məbləği, eləcə də birgə əmlakın bölünməsi ilə bağlı saziş təqdim edə bilərlər. Lakin belə bir saziş olmadıqda və ya saziş uşaqların və tərəflərdən birinin maraqlarını pozduqda, bu məsələlər birbaşa məhkəmə tərəfindən müəyyən edilir.

Alyans.media olaraq bu mövzuya açıqlama gətirməsi üçün  hüquqşünas Rəşad Əliyevlə əlaqə saxladıq.


Hüquqşünas bildirdi  ki, məhkəmə uşaqların hansı valideynin yanında qalmasını, alimentin hansı valideyndən və hansı məbləğdə tutulacağını, eyni zamanda əmlak bölgüsünü qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən etməyə borcludur:
“Azərbaycan qanunvericiliyinə əsasən, aliment məbləği uşaqların sayına görə müəyyən edilir. Belə ki,
– 1 uşağa görə valideynin qazancının və ya digər gəlirlərinin 1/4 hissəsi,
– 2 uşağa görə 1/3 hissəsi,
– 3 və daha çox uşağa görə isə 1/2 hissəsi aliment kimi tutulur.
Bu paylar məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də digər mühüm hallar nəzərə alınmaqla artırıla və ya azaldıla bilər.”

Hüquqşünasın sözlərinə görə, aliment ödəyən valideynin gəliri qeyri-müntəzəm olduqda, gəlirini natura və ya xarici valyuta ilə əldə etdikdə, rəsmi gəliri olmadıqda və ya alimentin faizlə tutulması mümkün olmadıqda, məhkəmə alimenti sabit pul məbləği ilə müəyyən edə bilər:
“Bu zaman əsas prinsip uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər qorunub saxlanmasıdır. Praktikada daha çox rast gəlinən hal isə sabit məbləğin həmin il üçün uşaqlar üzrə müəyyən edilmiş yaşayış minimumu həddində təyin edilməsidir.”

Rəşad Əliyev onu da  qeyd etdi ki, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2026-cı il üçün uşaqlar üzrə yaşayış minimumu 260 manat müəyyən edilib və məhkəmə praktikasında aliment məbləği çox vaxt bu göstərici əsas götürülməklə təyin olunur. Aliment öhdəliyi məhkəməyə müraciət edildiyi tarixdən etibarən qüvvəyə minir və məhkəmə qətnaməsi icra olunması üçün cavabdehin qeydiyyatda olduğu rayon üzrə Ədliyyə Nazirliyinin müvafiq icra şöbəsinə göndərilir. Borclu şəxs alimenti könüllü icra etmədikdə isə icra məmurları tərəfindən məcburi icra tədbirləri tətbiq olunur:
“Bu tədbirlərə daşınar və daşınmaz əmlakın siyahıya alınması, üzərinə həbs qoyulması, tələbin əmlaka yönəldilməsi, ölkədən çıxışa məhdudiyyətin tətbiqi və digər hüquqi mexanizmlər daxildir.”
Əmlak olmadıqda və məhkəmə qətnaməsi icra edilmədikdə isə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyət tədbirləri görülür. Bu halda 500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs tətbiq oluna bilər. Eyni hal bir il ərzində təkrar baş verdikdə isə daha ağır sanksiyalar nəzərdə tutulur.
Bundan əlavə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli şəkildə icra edilməməsi artıq cinayət məsuliyyəti yaradır. Hüquqşünasın sözlərinə görə, bu halda Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması mümkündür və sanksiya olaraq ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

Əvvəlki yazı

Azərbaycanda ev qiymətinə mobil nömrə SATILIR

Növbəti yazı

İlham Əliyev qanun imzaladı

XƏBƏR LENTİ

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Prezidentdən bu milli parklarla bağlı - Fərman

Prezidentdən bu milli parklarla bağlı - Fərman

06/02/2026 19:24
AB-dən Elon Maska sərt CAVAB

AB-dən Elon Maska sərt CAVAB

06/02/2026 18:57
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

06/02/2026 18:36
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.