Mülki aviasiya sahəsində Ermənistan radikal həllər tələb edən sistemli problemlərlə üzləşir.
Alyans.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib.
Onun sözlərinə görə, ölkədə müasir aviasiya sistemlərinə adekvat reaksiya vermək və sahədə layiqli yer tutmaq üçün zəruri olan bilik çatışmazlığı mövcuddur.
O, həmçinin hökumətin bu sahədə optimal idarəetmə modelinin seçilməsi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə əməkdaşlığa başlamaq niyyətində olduğunu bildirib.










