• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Şikayət

“Loqos” fırıldağı:Tanışlıqla “ekspert” edilən şəxslər, əhalini necə talayır?

29 Yanvar, 26 / 19:31
A A
“Loqos” fırıldağı:Tanışlıqla “ekspert” edilən şəxslər, əhalini necə talayır?

“Loqos” da baş verənlər və ya dost-tanışdan ibarət yalançı mütəxəssizlər əhalini necə soyur?
Alyans.media bu barədə Yenixeber.org-a istinadən xəbər verir. Belə bir ifadə var-keyfiyyətli məhsulun reklama ehtiyacı yoxdur. Bu ifadəni həkimlərə də şamil etmək olar. Savadlı, peşakar həkimləri təbliğ etməyə lüzum yoxdur. Bu yaxında kanalların birində gedən televerilişdə yalançı psixoterapevtlərin çoxaldığından danışan ekspert də bildidi ki, yaxşı həkimin reklama, təbliğata ehtiyacı yoxdur. Peşakar həkimin qapısının ağzı həmişə xəstələrlə dolu olur. Bu həqiqəti hamımız bilirik, amma bəzən kanallarda gedən cəlbedici reklamlara elə bilərəkdən inanırıq. Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” velişində “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi haqqında deyilənlər, Zaurun bu mərkəzi ağızdolusu tərifləməsi, xəstələrin müalicəsinə 100 faiz təminat verməsi bir çoxlarında ümid yaradaraq bura üz tutmağa vadar edir. Yaxın qohumlardan birinin uşağında nitq probleminin olduğunu esidib onlara “Loqos”a müraciət etməyi təklif etdim. Anası uşağı da göturub həmin mərkəzə apardı. Bir neçə gün sonra nəticə ilə maraqlananda qadının dedikləri məni şoka saldı. Belə ki, binanın yaxınlığında mərkəzin rəhbəri Təranə Məmmədovanı söyüb qarğış edən, onu fırıldaqçı adlandıran , buradakı həkimlərin savadsız olduğunu söyləyən xeyli əsəbi valideynlə qarşılaşıb. Şübhələnsə də içəri girərək qiymətlər və həkimlərlə maraqlanıb. Deyilən qiymətlər isə təkcə yoldaşının aldığı əməkhaqqı ilə keçinən bu qadını heyrətə salıb. Hec demə həftədə 3 dəfə bir saatlıq seansa görə, ondan 360 manat ödəmək tələb olunub. Qadın kasıb olduğu üçün ona endirim edilməsini xahis etsə də hər saat üçün cəmi 20 manat güzəşt edə biləcəklərini deyiblər. Kəkələmək problem olan uşağın müalicəsinin isə ən azı 1 il davam edəcəyi söylənilib. Qohumum da kor-peşiman geri qayıtmağa məcbur olub. Qadının danışdıqlarını dinləyəndən sonra “Loqos” və onun rəhbəri Təranə Məmmədova haqqında araşdırma aparmaq qərarına gəldim. Focebook səhifəmdə mərkəzdə uşaqlarını müalicə etdirən valideynlərə müraciət ünvanlayaraq nəticələr barədə yazmağı onlardan xahiş etdim. “Loqos”da aldadılan, dələduzluq yolu ilə pulları əlindən alınan valideynlərin yazdıqları məni dəhşətə gətirdi. Ən nüfuzli telekanalda, reytinqli iki verilşdə güclü şəkildə təbliğatı aparılan bu mərkəzdə çalışanlar heç demə peşakarlar yox, savadsız, Təranə xanımın ətrafına yığıdığı dost-tanışı imiş. İnboxuma yazan bir qadının “Loqos” haqqında yazdığı dəhşətli bir faktı sizə də də təqdim edirəm.
“Oglumun 7 yaşı vardı. Nitqi tam inkişaf etməmişdi. Məsələn, evə gələn qonaqdan hər yarım saatdan bir adını təkrar soruşur, sonra isə unudurdu.Evdə çox aqressiv olurdu, bacara bilmirdik onunla. Zaurun verilişinə baxandan sonra onu “ LOQOS” nitq inkişafı və psixoloji mərkəzinə apardıq. Düz 1 il oranın ‘ psixoloq və loqopedlər’inə ayda 900 manat pul ödədik. Bir neçə ay ‘müalicə’dən sonra psixoloqlar bizə dedi ki, ‘gördüz çox dəcəllik edir, sözə qulaq asmır vurun, döyün qoy agıllansın!” Mən də, nənəsi də bunu mütəxəssis məsləhəti bilib,uşagı demək olar ki, hər dəcəllik edən zaman döyürdük. Neçə ay da belə davam elədi. Gördük get- gedə uşaq lap pis olur. Axırı bir tanışın məsləhəti ilə uşağı Türkiyəyə apardıq. Orda klinikada tam müayinədən sonra məlum oldu ki, uşagın beyni inkişaf etməyəb. 3 yaşında beyin inkişafını dayandırıb. Müalicəni orda davam etdirdik və müsbət nəticə əldə etdik.
Amma Bakıda “Loqos” adlanan mərkəzin ‘mütəxəssis’lərinə xeyli vəsait ödəsək də a bir dəfə də demədilər ki, uşağın beynini müayinə edin, üstəlik xəstə uşağı da bizə döydürdülər. İndiyədək buna görə özümü bagışlıya bilmirəm”
Görün o mərkəz pul qazanmaq üçün bu ailəni necə bədbəxt edib. Təsadüfi deyil ki, bu mövzuda bizə rəsmən müraciət edənlərin sayı da getdikcə artır. Loqos”un əməkdaşlarından biri ,müxtəlif telekanallarda və televiziya verilişlərində özünü psixoterapevt kimi təqdim edən Əli Nağıyev də heç demə bu sahənin mütəxəssisi deyilmiş.
“Yenigundem” –in verdiyi xəbərə görə,bu faktı özü də etiraf edib.“Mən sadəcə bu sahəylə məşqulam. Demirəm ki, psixoterapevtəm, sadəcə bir neçə sertifikatım var” Qeyd edək ki, məqalə müəllifi bu etirafın Milli psixologiya forumunda baş verdiyini, hər kəsin bunu eşitdiyini yazıb. Onun araşdırıb əldə etdiyi məlumatlara görə Ə.Nağıyev öncə tibb müəssisələrində kordinant, sonra cərrah, daha sonra travmotoloq və terapevt kimi fəaliyyət göstərib. Ama nədənsə sonradan psixologiya sahəsinin daha gəlirli olduğunu görüb, “Loqos”a yerləşib. Özünü isə hər yerdə psixoterapevt kimi təqdim edib. Müxbirin qeyd etdiyi məlumata görə, hazırda çalışdığı “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzində onun seansı 60-70 manatdır. Bu sahə üzrə qeyri-peşəkar olan, sadəcə 2-3 sertifikatı olan birini bu mərkəz hansı hüquqla “psixoterapevt” adı altında çalışmasına izn verir və şərait yaradır? Təbii ki maddi maraq burda böyük rol oynayır. Efirlərdə də özünü bu ixtisas həkimi təqdim edərək, əhalini aldatmaqla çoxlu pasient qəbul edir. Yazı müəllifi sonda belə bir haqlı sual verir ki, niyə görə, belə qeyri-ixtisas sahiblərinin lisenziyası alınıb, fəaliyyəti dayandırılmır?
Gələn şikayətlər isə göstərir ki, efirlərdən əhalini “psixoterapevt” kimi aldadan bu dırnaqarası mütəxəssiz burada tək deyil. “Loqos”da çalışanların əksəriyyəti məhz serifiqat əsasənda fəaliyyət göstərir.

Araşdırmamız davam edir. Qeyd edək ki, qarşı tərəfi dinləməyə hazırıq

Əvvəlki yazı

Bu qurumda kütləvi ixtisarlar başladı - Təkcə 70 nəfər...

Növbəti yazı

Azyaşlıların sosial şəbəkələrə girişi məhdudlaşdırıla bilər ?– HÜQUQŞÜNASDAN AÇIQLAMA 

XƏBƏR LENTİ

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

06/02/2026 22:26
Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

Pakistan İslamabaddakı terror aktı ilə əlaqədar dəstəyə görə Azərbaycana təşəkkür edib

06/02/2026 21:58
Rusiyada avtobusla yük maşını toqquşdu - 5 uşaq ölüb

Masallıda “Mercedes”lər toqquşdu - Ölən var

06/02/2026 21:36
Epşteynin sağ olduğu iddia olunur

Epşteynin sağ olduğu iddia olunur

06/02/2026 21:08
Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi

06/02/2026 20:41
Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

Ekspert: “Bu gün ‘’İdrakda’’ baş verən, sabah istənilən məktəbdə təkrarlana bilər”

06/02/2026 20:14
Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

06/02/2026 19:52
Prezidentdən bu milli parklarla bağlı - Fərman

Prezidentdən bu milli parklarla bağlı - Fərman

06/02/2026 19:24
AB-dən Elon Maska sərt CAVAB

AB-dən Elon Maska sərt CAVAB

06/02/2026 18:57
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü

06/02/2026 18:36
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.