• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Prezident İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

30 Yanvar, 26 / 13:07
A A
Prezident İndoneziyanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev yanvarın 30-da İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Berlian Helminin etimadnaməsini qəbul edib.

Alyans.media  xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı İndoneziya Prezidenti ilə Davosda və Şarm Əl-Şeyxdə təmaslarını xatırlayıb, onu Azərbaycana rəsmi səfərə dəvət etdiyini bildirib.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) bu qurumun təsis edilməsindən sonra üzv qəbul edilən ilk ölkə olmasının bizim üçün böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev bu məsələdə təşkilata üzv bütün dövlətlərə, o cümlədən İndoneziyaya minnətdarlığını ifadə edib. Dövlət başçısı bunu Azərbaycana olan hörmətin və qardaşlığın təcəssümü kimi qiymətləndirib.

Ölkələr arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, biznes təmasları sahələrində əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd edib.

Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Berlian Helmi fəaliyyəti dövründə dövlətlər və xalqlar arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün səylə çalışacağını deyib.

Söhbət zamanı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Əvvəlki yazı

Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə regional və beynəlxalq təhlükəsizliyi müzakirə edib

Növbəti yazı

Nizami Cəfərov: Yazıçı öz kitabını küçədə satmamalıdır

XƏBƏR LENTİ

Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% əlavə cərimə - Avtosığortada yeni qaydalar

Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% əlavə cərimə - Avtosığortada yeni qaydalar

21/04/2026 18:30
Həmin 15 yaşlı məktəbli saxlanıldı

Həmin 15 yaşlı məktəbli saxlanıldı

21/04/2026 18:04
Metrodakı hadisədə 2 qadın xəstəxanalıq olub - Biri hamilədir

Metrodakı hadisədə 2 qadın xəstəxanalıq olub - Biri hamilədir

21/04/2026 17:40
Metrodakı problemin səbəbi - Açıqlandı

Metrodakı problemin səbəbi - Açıqlandı

21/04/2026 17:14
“Qarabağ” Elvin Cəfərquliyevi satışa çıxardı

“Qarabağ” Elvin Cəfərquliyevi satışa çıxardı

21/04/2026 16:49
Aİ Ermənistana hibrid təhdidlərlə mübarizə aparmaq üçün kömək missiyasını təsdiqləyib

Aİ Ermənistana hibrid təhdidlərlə mübarizə aparmaq üçün kömək missiyasını təsdiqləyib

21/04/2026 16:24
Cənubi Koreya və Vyetnam Orta Korridoya qoşula bilər

Cənubi Koreya və Vyetnam Orta Korridoya qoşula bilər

21/04/2026 15:47
Almaniya XİN İranı ABŞ ilə danışıqlar fürsətini əldən verməməyə çağırır

Almaniya XİN İranı ABŞ ilə danışıqlar fürsətini əldən verməməyə çağırır

21/04/2026 15:38
Azərbaycan və Latviya konsulluq məsələləri üzrə əməkdaşlıq memorandumu imzalayacaqlar

Azərbaycan və Latviya konsulluq məsələləri üzrə əməkdaşlıq memorandumu imzalayacaqlar

21/04/2026 15:32
“Bakı və İrəvanın münasibətlərinin normallaşdırılması Aİ üçün vacibdir”

“Bakı və İrəvanın münasibətlərinin normallaşdırılması Aİ üçün vacibdir”

21/04/2026 15:28
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.