• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Yeni metro stansiyaları tikilən ərazilərdə mənzillər BAHALAŞACAQ

04 Fevral, 26 / 12:14
A A
Yeni metro stansiyaları tikilən ərazilərdə mənzillər BAHALAŞACAQ
Bakıda yeni metro stansiyalarının tikintisinin ərazilərdə ev qiymətlərinə və daşınmaz əmlak sektoruna təsiri qaçılmazdır. Təcrübədə oxşar şəhərlərdə yeni metro stansiyalarının açılması yaxın radiusda daşınmaz əmlak qiymətlərini 10-30% və bəzən daha çox da artıra bilər. Bu rəqəm bazar şəraitinə görə dəyişir. Bu effekt ümumiyyətlə stansiyadan təxminən 300-800 metr radiusda ən güclü olur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, yeni metro stansiyalarının inşası tikinti sektorunda sifarişlərin artmasına, şirkətlərin portfelinin genişlənməsinə və fəaliyyət sahələrinin böyüməsinə səbəb olur.
“Bu layihələr ətraf mühitin nəqliyyat əlçatanlığının təmin edilməsi və infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm addımdır. Bakıda 10 yeni stansiyanın tikintisi həm işçi qüvvəsinin, həm də inşaat materialları bazarının aktivləşməsinə və tikinti şirkətlərinin büdcələrinin böyüməsinə təkan verir. Metro stansiyalarına yaxın ərazilərdə daşınmaz əmlakın qiymətlərində artım müşahidə olunacaq. Nəqliyyat əlçatanlığı qiymət artımının əsas amillərindən biridir. Hətta yeni stansiyaların tikintisi barədə məlumatların ictimailəşdirilməsi belə, həmin ərazilərdəki əmlakın satış qiymətlərinin artmasına birbaşa təsir göstərir”.
Sədr qeyd edib ki, investorlar nəqliyyat infrastrukturuna böyük önəm verirlər.
“Metroların inşası həmin ərazilərdə yeni yaşayış sahələrinin, inzibati binaların, ticarət mərkəzlərinin (molların) və iaşə obyektlərinin yaranması üçün zəmin yaradır. Metro xidmətindən istifadə edən vətəndaşların stansiya ətrafında cəmləşməsi ticarət obyektlərinin gündəlik gəlirlərinin artmasına səbəb olur. Yeni metro stansiyalarının tikintisi həm əhalinin nəqliyyat ehtiyaclarının ödənilməsi, həm də ölkə iqtisadiyyatının davamlı inkişafı baxımından strateji əhəmiyyət kəsb edir”, – deyə V.Oruc Qeyd edib.
Qeyd edək ki, artıq Bakı metrosunda 2027-ci ilə qədər inşası nəzərdə tutulan 10 stansiyadan 1-də tikinti gedir, digər 9 stansiyanın layihələndirmə işləri yekunlaşıb. Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, metronun şərti adı B4 olan stansiyanda tikinti davam edir və bu ilin sentyabr ayına qədər bitməsi nəzərdə tutulub.
Dərnəgül deposunda da tikinti işlərinə başlanılıb.
///milli.az
Əvvəlki yazı

Bakıdakı güclü külək nəticəsində 19 ağac qırıldı

Növbəti yazı

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı - Şok fakt

XƏBƏR LENTİ

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

13/05/2026 12:54
İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

13/05/2026 12:29
Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

13/05/2026 12:04
Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

13/05/2026 11:38
Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

13/05/2026 11:13
Daha 3 itkin şəhidimiz dəfn ediləcək

Daha 3 itkin şəhidimiz dəfn ediləcək

13/05/2026 10:46
Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

13/05/2026 10:18
Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

12/05/2026 23:36
Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

12/05/2026 23:11
Şuşada giriş və çıxış yolları yenidən təşkil edildi

Şuşada giriş və çıxış yolları yenidən təşkil edildi

12/05/2026 22:38
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.