• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

13 May, 26 / 12:04
A A
Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”
Abşeron Rayon İcra Hakimiyyəti rayonda abadlıq işləri ilə bağlı tenderə yekun vurub.
Alyans.media Qaynarinfo-ya istinadən xəbər verir ki, tenderin qalibi “Proqress İnşaat En” MMC seçilib. Abadlıq işlərinə 353 643,29 manata xərclənəcək.
Abşeron Rayon İcra Hakimiyyəti ötən il də rayon abadlıq işlərinin həyata keçirilməsi ilə bağlı tender keçirib. Həmin tenderin də qalibi “Proqress İnşaat En” MMColub. Tərəflər arasındakı satınalma müqaviləsinin maliyyə dəyəri isə 1 316 607,1 manat təşkil edib.
Beləliklə, aydın olur ki, ötən il Abşeronda abadlıq işlərinə 1,3 milyon manat xərcləyən icra hakimiyyəti cari ildə də abadlıq işlərinə ehtiyac duyub. Bu zərurətin səbəbi aydın deyil. Əgər abadlıq işlərinin keyfiyyətində problem varsa, o zaman layihə niyə yenidən eyni şirkətə tapşırılıb? Yox əgər abadlıq işləri lazimi səviyyədə həyata keçirilbsə, növbəti tenderə niyə ehtyac yaranıb?

 

Başqa bir qaranlıq məqam “Proqress İnşaat En” MMC ilə bağlıdır. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, “Proqres İnşaat En” MMC vaxtaşırı Abşeron Rayon İcra Hakimiyyətinin tenderlərini qalibi seçilir. Bu tenderlər əsasən abadlıq və təmir işləri ilə əlaqədar keçirilib.
Ötən il “Proqress İnşaat En” MMC Abşeron Rayon İcra Hakimiyyətindən 2 760 240,05 manatlıq sifariş alıb. Bu vəsait Abşeronda abadlıq işlərinə və yollarına təmirinə ayrılıb.
Bundan başqa, şirkət ötən il Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər üzrə Nümayəndəliyinin də keçirdiyi tenderin qalibi seçilib. Həmin tender Xırdalanda yolların təmiri ilə bağlı keçirilib. Satınalma müqaviləsinin maliyyə dəyəri 1 479 841,21 manat olub.

 

Yeri gəlmişkən, şirkət hətta Abşeron Rayon İcra Hakimiyyətinin bayram tədbirlərinin keçirilməsi ilə bağlı elan etdiyi müsabiqənin də qalibi seçilib.
Maraqlıdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin milyonluq tenderlərinin qalibi seçilən “Proqress İnşaat En” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin nə əlaqə telefonlarına, nə internet səhifəsinə rast gəlinir.
İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Proqress İnşaat En” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29 noyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 14-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abuzərov Kamran Zülfəli oğludur.

Əvvəlki yazı

Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

Növbəti yazı

İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

XƏBƏR LENTİ

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

13/05/2026 12:54
İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

13/05/2026 12:29
Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

13/05/2026 12:04
Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

13/05/2026 11:38
Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

13/05/2026 11:13
Daha 3 itkin şəhidimiz dəfn ediləcək

Daha 3 itkin şəhidimiz dəfn ediləcək

13/05/2026 10:46
Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

13/05/2026 10:18
Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

12/05/2026 23:36
Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

12/05/2026 23:11
Şuşada giriş və çıxış yolları yenidən təşkil edildi

Şuşada giriş və çıxış yolları yenidən təşkil edildi

12/05/2026 22:38
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.