• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib 

07 Fevral, 26 / 21:24
A A
Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib 

Ermənistan Xarici İşlər Nazirliyində (XİN) baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə iclas keçirilib və 2025-ci ildə görülmüş işlərin yekunlarına dair hesabat təqdim olunub.

Alyans.media “Armenpress”ə istinadən xəbər verir ki, iclasda Bakı ilə İrəvan arasında müharibə başa çatdıqdan sonra ölkənin xarici siyasət əlaqələrinin inkişafında uğurlu irəliləyiş qeyd edilib.

“Ermənistan 2025-ci ildə sülhün təmin edilməsi istiqamətində işləməyə davam edib, Azərbaycanla sülhün bərqərar olmasına, möhkəmləndirilməsinə və institusionallaşdırılmasına fəal şəkildə yardım göstərib”, – Ermənistan XİN başçısı Ararat Mirzoyanın təqdim etdiyi hesabatda deyilir.

İclasda sülh prosesində qeydə alınmış ən mühüm hadisələr, o cümlədən sülh sazişi mətninin razılaşdırılması və imzalanması, ABŞ, Ermənistan və Azərbaycan arasında Vaşinqton sazişləri, ümumilikdə dövlətlər arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş addımlar və təşəbbüslər müzakirə edilib.

Həmçinin Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi, inkişafı və gözləntilər, eləcə də ABŞ və Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlığın dərinləşdirilməsi müzakirə olunub. Müzakirə zamanı regional hadisələr, Gürcüstan və İranla strateji tərəfdaşlığın inkişafı məsələlərinə də toxunulub.

Paşinyan regionda və dünyada yaranan yeni reallıqlar və imkanları nəzərə alaraq xarici siyasət prioritetlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Əvvəlki yazı

Zelenski: Bu müharibəni bitirməli olan məhz Rusiyadır

Növbəti yazı

Evdən 10 min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb

XƏBƏR LENTİ

Hindistanda mədəndə güclü partlayış olub - Ölənlər var

Hindistanda mədəndə güclü partlayış olub - Ölənlər var

07/02/2026 23:56
 Kenan “Yuventus”la müqaviləsini uzatdı

 Kenan “Yuventus”la müqaviləsini uzatdı

07/02/2026 23:17
Vensin Azərbaycana səfəri zamanı onu müşayiət edəcək adamın adı açıqlanıb 

Vensin Azərbaycana səfəri zamanı onu müşayiət edəcək adamın adı açıqlanıb 

07/02/2026 22:52
Erməni əsgərin meyiti tapıldı

Erməni əsgərin meyiti tapıldı

07/02/2026 22:21
Evdən 10 min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb

Evdən 10 min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb

07/02/2026 21:51
Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib 

Ermənistan XİN-də Azərbaycan və Türkiyə ilə münasibətlər müzakirə edilib 

07/02/2026 21:24
“Üçüncü görüş tezliklə baş tutacaq” - Zelenski bildirdi

Zelenski: Bu müharibəni bitirməli olan məhz Rusiyadır

07/02/2026 20:55
Epşteyn sənədlərində III Dünya Müharibəsi iddiaları - DƏHŞƏT

Epşteyn sənədlərində III Dünya Müharibəsi iddiaları - DƏHŞƏT

07/02/2026 20:26
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

07/02/2026 19:58
Qubada evdə PARTLAYIŞ: "Azəriqaz" rəisinə cinayət işi açıldı

Qubada evdə PARTLAYIŞ: "Azəriqaz" rəisinə cinayət işi açıldı

07/02/2026 19:40
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.