• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Azərbaycanda bu şəxslər mağazadan silah ala bilər

09 Fevral, 26 / 13:45
A A
Azərbaycanda bu şəxslər mağazadan silah ala bilər
Son dövrlər Azərbaycanda ov silahlarına marağın artdığı müşahidə olunur. Silah mağazalarında xüsusilə Türkiyə istehsalı olan modellərə üstünlük verildiyi bildirilir.
Satışa çıxarılan ov tüfənglərinin qiymətləri əsasən 900 manatdan başlayaraq 1800 manata qədər dəyişir.
Bazarda Türkiyə, Rusiya, İtaliya və Belçika istehsalı olan modellər mövcuddur. Satıcıların sözlərinə görə, ən münasib qiymətli silahlar əsasən Türkiyə istehsalı olan ov tüfəngləridir.
Mütəxəssislər bildirir ki, ov silahı alan şəxslərin konkret yaş həddi üzrə üstünlük təşkil etməsi müşahidə edilmir. 30, 40 və 50 yaş qruplarında olan vətəndaşlar eyni dərəcədə müraciət edirlər. Əsas diqqət yaşdan çox, sənədlərin düzgünlüyünə və qanuni prosedurların tamamlanmasına yönəlir.
Azərbaycan qanunvericiliyinə görə, evdə silah saxlamaq hər kəs üçün avtomatik hüquq hesab edilmir. “Xidməti və mülki silah haqqında” qanunun 9-cu maddəsi bu sahədə dəqiq tələblər və icazə mexanizmlərini müəyyən edir. Ov silahı əldə etmək istəyən vətəndaş ilk növbədə yaşadığı ərazi üzrə polis idarəsinə müraciət etməli və silahı hansı məqsədlə almaq istədiyini əsaslandırmalıdır.
Bundan sonra polis əməkdaşları tərəfindən vətəndaşın yaşayış yerinə baxış keçirilir, seyfin mövcudluğu, təhlükəsizlik şəraiti, eləcə də tibbi arayışlar və digər zəruri sənədlər yoxlanılır. Qanuna əsasən, silah yalnız xüsusi metal seyfdə saxlanılmalıdır və həmin seyfə sahibindən başqa heç kimin çıxışı olmamalıdır.
Qanunvericiliyə görə, 18 yaşına çatmış şəxslər mülki silah, 21 yaşına çatmış şəxslər isə mülki odlu silah əldə edə bilərlər. Silah satıldıqdan sonra vətəndaş onu mütləq şəkildə ərazi üzrə polis idarəsində qeydiyyata aldırmalıdır, çünki silahların dövlət kadastrı mövcuddur.
Hüquqşünasların sözlərinə görə, ağır cinayətlərə görə məhkum olunmuş, psixiatrik müəssisələrdə qeydiyyatda olan, eləcə də alkoqolizm və narkomaniyadan əziyyət çəkən şəxslərə silah verilməsindən imtina edilə bilər.
Eyni zamanda, silahın evdə təhlükəsiz saxlanılmasına görə tam məsuliyyət birbaşa sahibinin üzərinə düşür. Silah oğurlandıqda və ya itirildikdə dərhal bu barədə polis orqanlarına yazılı məlumat verilməlidir. Əgər araşdırma zamanı silahın məsuliyyətsiz davranış nəticəsində itirildiyi müəyyən olunarsa, bu hal hüquqi müstəvidə qiymətləndirilir.
Qanuna əsasən, odlu silahın diqqətsiz saxlanılması iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Mütəxəssislər vurğulayırlar ki, silahın təhlükəsizliyi və ondan düzgün istifadə tam şəkildə sahibinin öhdəliyindədir və məsuliyyətsizlik ağır hüquqi nəticələrə səbəb ola bilər.
Əvvəlki yazı

Bu məlumatları yayan media subyektləri məsuliyyət daşıyacaq

Növbəti yazı

Prezident daha bir qəbul keçirdi 

XƏBƏR LENTİ

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

20/04/2026 23:52
Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

20/04/2026 23:28
İtaliyada 1 avroya evlər satılır

İtaliyada 1 avroya evlər satılır

20/04/2026 23:02
Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

20/04/2026 23:02
Zelenski Kiyev rəhbərliyini tənqid etdi

Zelenski Kiyev rəhbərliyini tənqid etdi

20/04/2026 22:40
Ülvi Məmmədov DÇ-də yarışacaq

Ülvi Məmmədov DÇ-də yarışacaq

20/04/2026 22:16
Tramp son sözü deyəcək

Onlarla görüşməkdə heç bir problemim yoxdu

20/04/2026 21:39
Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

20/04/2026 21:19
Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

20/04/2026 21:08
Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

20/04/2026 20:53
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.