• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Dünya

Azərbaycan BMT-nin bu Konvensiyasını ratifikasiya edən ilk ölkədir

10 Fevral, 26 / 15:21
A A
Azərbaycan BMT-nin bu Konvensiyasını ratifikasiya edən ilk ölkədir

Bu gün Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim edilmiş Qanun layihəsini qəbul edib. 

Alyans.media xəbər verir ki, bununla Azərbaycan Konvensiyanın ratifikasiyası prosesinə liderlik edən ölkəyə çevrilir.

Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsi olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsinin hazırlanması prosesində Azərbaycan xüsusilə fəal iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirərək sənədin mətninin formalaşdırılmasına substantiv töhfə verib.

“Kibercinayətkarlığa qarşı” Konvensiya 24 dekabr 2024-cü il tarixində BMT Baş Assambleyasında qəbul olunub.

XXl əsrin Konvensiyası hesab edilən –  “Kibercinayətkarlığa qarşı” BMT Konvensiyası kibercinayətkarlıqla mübarizə üzrə qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdıran ilk sənəddir.

Konvensiya 2025-ci ilin oktyabr ayında Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən rəsmi imzalanma mərasimində ümumilikdə 74 dövlət tərəfindən imzalanıb (Böyük Britaniya, Fransa, Çin, Avstraliya, Belçika, Türkiyə, Polşa, Rusiya, İspaniya, BƏƏ, İsveç və s). Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi imzalayıb.

Konvensiya milli parlamentlər tərəfindən təsdiqlənməli və ölkələr bu beynəlxalq hüquqi çərçivəyə qoşulmaq üçün daxili hüquqi prosedurlarını tamamlamalıdırlar. Hazırda Azərbaycan Respublikası bu prosesi tamamlamaqda olan ilk ölkə kimi çıxış edir.

Konvensiyanın ratifikasiyası təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyətini gücləndirəcək. Sənəd elektron sübutlarla beynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilli istintaqların effektivliyini artırır. Təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri kibercinayətlərə operativ reaksiya verilməsinə imkan yaradır.

BMT-nin rəsmi səhifəsinə əsasən, Azərbaycan həm də Konvensiyanı qeyd-şərtlərlə imzalayan yeganə ölkədir. Bu beynəlxalq prosedurlara xüsusi olaraq peşəkar hüquqi yanaşmanın göstəricisidir.

Bütövlükdə, Konvensiya qlobal miqyasda kibercinayətkarlıqla mübarizədə qarşılıqlı koordinasiyanı, standartları, hüquqi əməkdaşlığı genişləndirməyi hədəfləyir.

 

Əvvəlki yazı

Sahibə Qafarova sabiq deputatın vəfatı ilə bağlı başsağlığı verdi

Növbəti yazı

Allahşükür Paşazadə Roma Papası ilə görüşdü

XƏBƏR LENTİ

53 gündən sonra ölkəsinə qayıdır

53 gündən sonra ölkəsinə qayıdır

21/04/2026 19:47
17 yaşdan kiçik şəxslərin siqaret almasına - Qadağa

17 yaşdan kiçik şəxslərin siqaret almasına - Qadağa

21/04/2026 19:22
Bakı məktəbində nə baş verib? - Hüquq-mühafizə orqanlarına məlumat verildi

Bakı məktəbində nə baş verib? - Hüquq-mühafizə orqanlarına məlumat verildi

21/04/2026 18:56
Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% əlavə cərimə - Avtosığortada yeni qaydalar

Qəzasız sürən qazanacaq, qəza edənlərə 30% əlavə cərimə - Avtosığortada yeni qaydalar

21/04/2026 18:30
Həmin 15 yaşlı məktəbli saxlanıldı

Həmin 15 yaşlı məktəbli saxlanıldı

21/04/2026 18:04
Metrodakı hadisədə 2 qadın xəstəxanalıq olub - Biri hamilədir

Metrodakı hadisədə 2 qadın xəstəxanalıq olub - Biri hamilədir

21/04/2026 17:40
Metrodakı problemin səbəbi - Açıqlandı

Metrodakı problemin səbəbi - Açıqlandı

21/04/2026 17:14
“Qarabağ” Elvin Cəfərquliyevi satışa çıxardı

“Qarabağ” Elvin Cəfərquliyevi satışa çıxardı

21/04/2026 16:49
Aİ Ermənistana hibrid təhdidlərlə mübarizə aparmaq üçün kömək missiyasını təsdiqləyib

Aİ Ermənistana hibrid təhdidlərlə mübarizə aparmaq üçün kömək missiyasını təsdiqləyib

21/04/2026 16:24
Cənubi Koreya və Vyetnam Orta Korridoya qoşula bilər

Cənubi Koreya və Vyetnam Orta Korridoya qoşula bilər

21/04/2026 15:47
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.