• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Yanvardan bu məhsullar bahalaşıb

11 Fevral, 26 / 12:33
A A
Yanvardan bu məhsullar bahalaşıb

2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 105,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.

Alyans.media xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, 2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz təşkil edib.

Bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, südün, qatığın, pendirin, şorun, kəsmiyin, yumurtanın, naringinin, bananın, almanın, armudun, xurmanın, kivinin, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, badımcanın, sarımsağın, kartofun, şokolad məmulatlarının, arağın, konyakın, şərabın, siqaretin, ucuzlaşmaisə yumru düyünün, portağalın, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, tomat pastasının qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma parçaların, divar kağızının, plastik pəncərənin, laminat parketin, sementin, masa və oturacaq mebellərinin, xalçanın, istilik sistemi üçün istilik qurğusunun, kiçik elektrik cihazlarının, “Aİ-92” markalı avtomobil benzininin, dizelin, mühərrik yağının, mobil telefonların, qəzetlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, soyuducuların, kondisionerlərin, planşet kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2026-cı ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən elektrik enerjisi və təbii qaz təchizatı, tibbi və stomatoloji, taksi, bərbərxana, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, ucuzlaşma isə malların çatdırılması və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Əvvəlki yazı

Məşhur Məmmədovun başı dərddə - Təbliğatı özünə problem yarada bilər

Növbəti yazı

Mərkəzi Bankın qəbulları bu tarixdən “ASAN xidmət”də keçiriləcək

XƏBƏR LENTİ

Azərbaycan Prezidenti: Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər

Azərbaycan Prezidenti: Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər

23/04/2026 12:57
Hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq

Hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq

23/04/2026 12:47
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu

Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu

23/04/2026 12:22
Uşaqlar üçün sosial şəbəkələr qadağan edildi

Uşaqlar üçün sosial şəbəkələr qadağan edildi

23/04/2026 12:00
Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

23/04/2026 11:33
Ağstafada 8-ci sinif şagirdi bıçaqlandı - Şübhəli məktəblidir

Ağstafada 8-ci sinif şagirdi bıçaqlandı - Şübhəli məktəblidir

23/04/2026 11:08
Son hadisələrdən sonra bəzi məktəblərdə yoxlamalar aparılır

Son hadisələrdən sonra bəzi məktəblərdə yoxlamalar aparılır

23/04/2026 10:43
Goranboy sakini bıçaqlandı - Ata-oğul tutuldu

Goranboy sakini bıçaqlandı - Ata-oğul tutuldu

23/04/2026 10:19
Tramp son sözü deyəcək

Həmin qadınların edam hökmü ləğv edildi

22/04/2026 22:35
Onlayn fırıldaq cəhdi: vətəndaş son anda zərərdən yayına bildi

Onlayn fırıldaq cəhdi: vətəndaş son anda zərərdən yayına bildi

22/04/2026 22:06
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.