• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Hadisə

Xankəndidə güclü partlayış: bir nəfər öldü 

13 Fevral, 26 / 22:16
A A
Xankəndidə güclü partlayış: bir nəfər öldü 

Xankəndi şəhərində yaşayış binasında partlayış baş verib.

Alyans.media Yenisabah-a istinadən xəbər verir ki, hadisə nəticəsində Laçın rayon Şəlvə kənd sakini, 1980-ci il təvəllüdlü İsgəndər Hüseynalı oğlu Hüseynov ağır yanıq xəsarətləri alıb.

O, Bakıya təxliyə edilib və 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib (təmirlə əlaqədar bu xəstəxana Buzovnadakı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb). İ.Hüseynov burada 3 gün müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun qardaşı Qələndər Həsənov bildirib ki, hadisəyə partlayıcının işə düşməsi səbəb olub:

“Qardaşım “Azinvest İnşaat” QSC-nin Xankəndidə həyata keçirdiyi tikinti sahəsində mühafizəçi işləyirdi. Həmin şirkətin fəhləsi Rəşad Çingiz oğlu Əliyevlə bir mənzildə kirayədə qalırdılar. Rəşad şəhərdə raketin partlayıcı hissəsini tapıb, evə gətirib və onu kəsib-doğrayan zaman əlində alışıb. İsgəndər həmin vaxt yatırmış. Rəşad alışmış partlayıcını yerə atıb və qardaşımı köməksiz vəziyyətdə qoyaraq qaçıb. Həmin vaxt mənzilin qapısı bağlı olub. Lakin niyə bağlı olduğu bizə də məlum deyil. Bunların yaşadığı mənzil binanın ikinci mərtəbəsində yerləşir. Qardaşım pəncərəni qırıb kömək istəyəndə bizim qohumlardan biri görüb və məlumat verib ki, filankəs kömək istəyir. Yalnız bundan sonra İsgəndəri mənzildən çıxarmaq mümkün olub”.

Q.Həsənovun sözlərinə görə, həmin axşam qardaşını Bakıya gətiriblər, bədənin böyük hissəsinin yanığı ilə 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə aparıblar:

“Həkimlər dedilər ki, bədənin 85 faizi yanıb. Həmin vaxt İsgəndər hələ danışa bilirdi. O deyirdi ki, partlayış oldu, amma necə baş verdiyini bilmirəm. Üç gün sonra xəstəxanada vəfat etdi”.

O, deyib ki, hadisə ilə bağlı Xankəndi Şəhər Prokurorluğunda cinayət işi başlanılıb:

“Qardaşım keçmiş polis əməkdaşı olub. 14 il çalışdıqdan sonra ailə vəziyyətinə görə işdən çıxıb. Daha sonra “Azinvest İnşaat” QSC-də mühafizəçi işləyirdi. Hadisə ilə bağlı Xankəndi Şəhər Prokurorluğunda cinayət işi açılıb”
Əvvəlki yazı

Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi 

Növbəti yazı

Türkiyədə silahlı şəxs müəllimə hücum etdi

XƏBƏR LENTİ

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

13/05/2026 12:54
İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

13/05/2026 12:29
Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

13/05/2026 12:04
Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

13/05/2026 11:38
Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

13/05/2026 11:13
Daha 3 itkin şəhidimiz dəfn ediləcək

Daha 3 itkin şəhidimiz dəfn ediləcək

13/05/2026 10:46
Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

13/05/2026 10:18
Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

12/05/2026 23:36
Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

12/05/2026 23:11
Şuşada giriş və çıxış yolları yenidən təşkil edildi

Şuşada giriş və çıxış yolları yenidən təşkil edildi

12/05/2026 22:38
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.