• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə İdman

“Nyukasl”ın keyfiyyəti bizim düşüncəmizi geridə qoyur”

17 Fevral, 26 / 19:29
A A
“Nyukasl”ın keyfiyyəti bizim düşüncəmizi geridə qoyur”

“Qarabağ” UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda “Nyukasl”la qarşılaşacaq. 

Alyans.media xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– “Qarabağ” daim hücum etməyə üstünlük verən komandadır. Liqa mərhələsində hər rəqiblə bir dəfə oynadınız, bu dəfə bir rəqiblə iki dəfə oynayacaqsınız. Buna görə sabah “Qarabağ”ın ehtiyatlı oynayacağını gözləyə bilərik? 

– Biz hücumda olsaq da, həmişə çalışmışıq ki, müdafiədə ehtiyatlı olaq. Amma burada bəzi amillər var. Rəqibin ustalığı, üstünlüyü… Ona görə də bəzən buraxdığımız qolların sayı çox olub. Nəyisə əldə etmək istəyiriksə, daha çox yaradıcı olmalı, rəqib qapısında bir çox variantlar axtarmağa çalışmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola doğru müdafiə olunsunlar. Reallıq var, rəqib də bunu düşünür. Onların keyfiyyəti bizim düşüncəmizi geridə qoyur. Mütləq şəkildə iki oyunu da düşünməliyik. Çox istəyərdim sabah azarkeşlərimiz oyundan həzz alsınlar. Uduzsaq da, yaxşı, dinamik və açıq futbol görsünlər. Cavab oyununa vaxtımız olacaq, bunu düşünərik.

– Azərbaycan çempionatının son oyununda demişdiz ki, futbolçuların bərpası üçün 3-4 gün lazım olacaq. Komanda sabaha hazırdır? 

– Maksimum çalışacağıq ki, hazır edək. Bir neçə gün əvvəlki fikirlərə geri dönməyə ehtiyac yoxdur. İndi sırf bu oyuna köklənməliyik. Futbolçularımızla da danışdıq ki, tez bir zamanda bərpa olmalıyıq. Kənardan onlara baxırdım, analiz edirdim. Pis hazırlaşmırlar. Demək olar ki, qarşılaşmaya hazırdırlar. Oyunun gedişatında, hansısa hissədə yorğunluq hiss oluna bilər. İnanıram ki, özlərində güc tapıb, sonradan da mübarizə aparacaqlar.

– Montiel son vaxtlar yaxşı formadadır, Kadi Borges də siyahıya geri qayıdıb. Oyuna kiminlə başlayacağınıza qərar vermisiniz? 

– Kadinin geri dönməsi bizim üçün xoşdur. Əlimizdə də əlavə variantdır. İstədiyimiz anda istədiyimiz dəyişiklikləri edə bilərik. Sabah səhər məşqimiz olacaq. Tam biləcəyik.

– Nəriman Axundzadə siyahıda yoxdur. Əlavə kimisə sifariş etmək olar?

– Xeyr, bu oyunda olmayacaq. Əfsuslar olsun ki, onun əvəzinə heç kimi əlavə edə bilmərik. Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə edə bilərik. Ona görə də Nərimanın əvəzinə başqa oyunçu olmayacaq.

 – Sabahkı matç “Qarabağ” üçün nə ifadə edir? İlk oyunda qalib gəlsəz, mərhələ adlamaq şansınız çoxalacaq? 

– Biz düzgün yoldayıq və böyük turnirdə böyük komandaların sırasındayıq. Bu da bizə əlavə güc, motivasiya və inam verir. İnanıram ki, gələcək işimizdə builki performansımızın böyük köməyi olacaq. Komandaların ümumi durumuna baxsaq, favorit “Nyukasl”dır.

Amma minimum Bakıda qalib gəlmək istəyirik. Bunun üçün də hazırlaşırıq. Futbolda bəzən çox maraqlı nəticələr olur. Biz də istəyərdik ki, o maraqlı nəticələrin sırasına daxil olaq. Sabah meydana çəkinmədən çıxacağıq. Qarşımızda çox intizamlı kollektiv olacaq. Çox istəkliyəm. Futbolçularım da istəklidir, qalib gəlmək istəyirlər. Ümumi nəticə necə olacaq, onu deyə bilmərəm.

– Sabah Mateuş Koxalski meydana çıxa biləcək?

– Böyük ehtimalla hazır olacaq. Sabah yenə əlavə həkim müayinəsindən keçəcək. 100 faizli riskli bir bir şey olmasa, meydana çıxacaq.

 

Əvvəlki yazı

Azərbaycanda 11 gün ardıcıl iş olmayacaq

Növbəti yazı

Aİ-nin Genişlənmə üzrə komissarı Ermənistana səfər edəcək

XƏBƏR LENTİ

ABŞ bu səbəbdən İranda bombalara qənaət edib

ABŞ bu səbəbdən İranda bombalara qənaət edib

13/05/2026 15:05
Bu şəxslər universitetə birbaşa qəbul ola bilər - DİM-dən xatırlatma

Bu şəxslər universitetə birbaşa qəbul ola bilər - DİM-dən xatırlatma

13/05/2026 14:43
Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər

Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər

13/05/2026 14:18
Slovakiya nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət etdi

Slovakiya nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət etdi

13/05/2026 13:51
Sabah yay havası olacaq

Sabah yay havası olacaq

13/05/2026 13:23
İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

13/05/2026 12:54
İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

13/05/2026 12:29
Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

13/05/2026 12:04
Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

13/05/2026 11:38
Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

13/05/2026 11:13
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.