• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

‘’Qarabağdan Silikon Vadisinə” adlı yeni startup proqramı elan olunur

19 Fevral, 26 / 12:21
A A
‘’Qarabağdan Silikon Vadisinə” adlı yeni startup proqramı elan olunur

ABŞ-da fəaliyyət göstərən azərbaycanlı sahibkar Fərid İsmayılzadənin təsis etdiyi “Technovate” şirkəti tərəfindən Azərbaycanın innovasiya ekosisteminə töhfə vermək məqsədilə “Qarabağdan Silikon Vadisinə” adlı strateji startup proqramı elan edilir.

Layihənin əsas məqsədi ölkəmizin istedadlı mütəxəssislərini qlobal bazarda rəqabətədavamlı startap qurucularına çevirmək və Qarabağı regional innovasiya və texnologiya mərkəzi kimi mövqeləndirməkdir.

Proqram çərçivəsində bankçılıq, telekommunikasiya, enerji, texnologiya və dövlət sektorlarında çalışan, sahibkarlığa marağı olan, minimum 3 il iş təcrübəsinə və ingilis dili biliyinə malik peşəkarlar seçiləcək. İştirakçılar Silikon Vadisində yaşayan texnoloji diaspora nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək 4 aylıq intensiv onlayn təlim proqramına qatılacaq, komandalar formalaşdıracaq və praktik startup quruculuğu mərhələsindən keçəcəklər.

Proqramın yekunu olaraq Qarabağda keçiriləcək Demo Day tədbirində seçilmiş ideyalara “Technovate” tərəfindən 50,000 ABŞ dollarınadək ilkin investisiya və mentorluq dəstəyi təqdim olunacaq.

Layihə barədə danışan Fərid İsmayılzadə bildirib: 

“Bu proqramın əsas fərqi ondan ibarətdir ki, biz artıq real iş təcrübəsi olan və komfort zonasından çıxaraq risk etməyə hazır peşəkarlarla işləyəcəyik. Dünya təcrübəsi göstərir ki, ən uğurlu startup qurucularının yaşı adətən 35–45 aralığında olur. Yəni bu sahə yalnız yeni məzunların deyil, təcrübəli mütəxəssislərin də meydanıdır. Biz bu kateqoriyadan olan insanların uğur qazanması üçün xüsusi hazırlanmış, praktik yönümlü kurikulum təqdim edirik. Məqsədimiz ölkəmizdən istər hardware, istərsə də “software” sahəsində qlobal bazarda rəqabət apara biləcək startup tapmaq və onu sistemli şəkildə yetişdirməkdir. Ən azı yüzlərlə azərbaycanlıya “Silikon Vadisi düşüncə” tərzini aşılamaq belə bizim üçün böyük nəticə olacaq. Hesab edirəm ki, bu təşəbbüs son dövrlər ABŞ və Azərbaycan arasında inkişaf edən münasibətlər fonunda da praktik və strateji əhəmiyyət daşıyır”.

Yüksək sosial-iqtisadi dəyər yaratmağı hədəfləyən proqramdan əldə olunacaq gəlirin bir hissəsi Qarabağda elm və innovasiya mühitinin gücləndirilməsinə, sahibkarlıq mədəniyyətinin inkişafına yönəldiləcək. Təşəbbüs uzunmüddətli iqtisadi dinamika yaratmaqla yanaşı, regionun davamlı və texnologiya əsaslı inkişafını dəstəkləməyi qarşısına məqsəd qoyur.

Bütün özəl və dövlət qurumları layihəyə tərəfdaş kimi qoşulmağa dəvət olunur. Tərəfdaş qurumlar milli və beynəlxalq səviyyədə innovasiya tərəfdaşı kimi mövqelənmək, əməkdaşlarının sahibkarlıq və innovasiya bacarıqlarını inkişaf etdirmək, həmçinin Qarabağın innovasiya mərkəzi kimi formalaşmasında strateji rol almaq imkanı əldə edəcəklər.

Əməkdaşlıq imkanlarını müzakirə etmək və layihə haqqında ətraflı məlumat almaq üçün 25 fevral 2026-cı il tarixində saat 10:00-da keçiriləcək ödənişsiz onlayn məlumat sessiyasında iştirak etmək mümkündür.

Layihənin təşəbbüskarı, Azərbaycanda təsis etdiyi “GoldenPay” və ölkənin ilk onlayn ödəniş portalı hesab.az layihələrinin satışından sonra ABŞ-da “Technovate” şirkətini quran azərbaycanlı sahibkar Fərid İsmayılzadədir. “Technovate” ABŞ-da “venture studio” modelinə əsaslanan innovasiya platformasıdır və hazırda Azərbaycan və region ölkələrindən qlobal potensiala malik innovativ ideyaların startup-a çevrilməsini və onların beynəlxalq bazarlara çıxarılmasını dəstəkləyir. Studiyanın inkubasiya etdiyi 5 startup artıq ABŞ bazarında fəaliyyət göstərir və hər biri milyonlarla dollar dəyərində qiymətləndirilir.

Əvvəlki yazı

Gürcüstana qarşı sanksiya tətbiqini istəmirlər - Azərbaycan qazına görə

Növbəti yazı

Onlar üçün nəqliyyat xidmətləri pulsuz olacaq

XƏBƏR LENTİ

ABŞ bu səbəbdən İranda bombalara qənaət edib

ABŞ bu səbəbdən İranda bombalara qənaət edib

13/05/2026 15:05
Bu şəxslər universitetə birbaşa qəbul ola bilər - DİM-dən xatırlatma

Bu şəxslər universitetə birbaşa qəbul ola bilər - DİM-dən xatırlatma

13/05/2026 14:43
Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər

Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər

13/05/2026 14:18
Slovakiya nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət etdi

Slovakiya nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət etdi

13/05/2026 13:51
Sabah yay havası olacaq

Sabah yay havası olacaq

13/05/2026 13:23
İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

13/05/2026 12:54
İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

13/05/2026 12:29
Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

13/05/2026 12:04
Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

13/05/2026 11:38
Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

13/05/2026 11:13
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.