• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

ABŞ–İran xəttində təhlükəli balans - EKSPERT AÇIQLADI

20 Fevral, 26 / 17:10
A A
ABŞ–İran xəttində təhlükəli balans - EKSPERT AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp İranı nüvə sazişi ilə bağlı tələbləri qəbul etməyə məcbur etmək üçün ilkin mərhələdə məhdud hərbi zərbə endirilməsi variantını nəzərdən keçirir. Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, planlaşdırılan addım Tehrana təzyiq göstərmək məqsədi daşıyır və genişmiqyaslı müharibəyə səbəb ola biləcək böyük hücumdan daha məhdud xarakterli ola bilər. İran-ın mümkün cavabı nə ola bilər? İran birbaşa cavab verər, yoxsa dolayı mexanizmlərə üstünlük verər? Bu gərginlik Yaxın Şərqin ümumi vəziyyətinə necə təsir edir?

Mövzu barəsində siyasi şərhçi Elmir Səftərov Alyans.media-ya açıqlama verib. O bildirib ki, Amerika–İran qarşıdurması artıq uzun müddətdir davam edir və müxtəlif formalarda bu gün də aktuallığını qoruyur: ‘’Bu gərginlik zaman-zaman hərbi, siyasi və iqtisadi müstəvilərdə özünü göstərməkdədir.

İranın himayəsində olan bəzi qruplar son illərdə ABŞ və İsrail tərəfindən xeyli zəiflədilib. Bu baxımdan ABŞ-ın İrana qarşı təzyiqlərini daha iddialı və açıq şəkildə davam etdirdiyi müşahidə olunur. İranın əlində olan bəzi təsir və təzyiq vasitələri əvvəlki dövrlərlə müqayisədə zəifləsə də, ölkənin hələ də müəyyən regional təsir imkanları mövcuddur.

Xüsusilə strateji boğazlar və beynəlxalq ticarət yolları İran üçün mühüm rıçaq hesab olunur. Belə alətlərin işə salınması enerji bazarlarına, xüsusilə neft və qaz qiymətlərinə qısamüddətli də olsa, ciddi təsir göstərə bilər’’.

Politoloq vurğulayıb ki, lakin bu cür addımların atılması böyük risklər daşıyır və genişmiqyaslı nəticələrə səbəb ola bilər: ‘’Digər tərəfdən İranın uzaqmənzilli raket potensialı mövcuddur. Ancaq əvvəlki hadisələr göstərir ki, bu tip hücumların effektivliyi məhdud ola bilər və genişmiqyaslı hərbi üstünlük yaratmaq baxımından həlledici olmaya bilər. ABŞ-ın hərbi variantı nəzərdən keçirməsi ehtimalı gündəmə gəlsə də, İranın da birbaşa və ya dolayı cavab imkanlarının olduğu aydındır’’.

 

 

Sevinc Yarməmmədova

Əvvəlki yazı

Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladı

Növbəti yazı

Ötən il evlənələr də, boşananlar da azalıb

XƏBƏR LENTİ

Gənclər və İdman Nazirliyində nöqsanlar

Gənclər və İdman Nazirliyində nöqsanlar

21/04/2026 22:41
İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

21/04/2026 22:24
“Hizbullah” Livanda atəşkəsi pozub”

“Hizbullah” Livanda atəşkəsi pozub”

21/04/2026 22:05
‘’Zirə” Azərbaycan kubokunun finalında

‘’Zirə” Azərbaycan kubokunun finalında

21/04/2026 21:54
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

21/04/2026 21:30
Latviya Prezidenti Azərbaycana gəldi

Latviya Prezidenti Azərbaycana gəldi

21/04/2026 21:03
Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

21/04/2026 21:00
Bu marşrut üzrə bütün avtobuslar yenilənir

Bu marşrut üzrə bütün avtobuslar yenilənir

21/04/2026 20:38
Həqiqətin kölgəsində: saxta xəbərlər düşüncəmizi necə idarə edir?

Həqiqətin kölgəsində: saxta xəbərlər düşüncəmizi necə idarə edir?

21/04/2026 20:14
53 gündən sonra ölkəsinə qayıdır

53 gündən sonra ölkəsinə qayıdır

21/04/2026 19:47
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.