• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bakıda yeni metrostansiya açılır

22 Fevral, 26 / 15:29
A A
Bakıda yeni metrostansiya açılır

Xəbər verildiyi kimi, paytaxtın Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. Artıq stansiyada son tamamlanma işləri aparılır.

Alyans.media xəbər verir ki, sakinlərin sözlərinə görə, illərdir təmiri gedən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq.

“Bakı Metropoliteni” QSC-dən bildirildi ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdirilir. “8 Noyabr” – b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib.

“Bakı Metropoliteni”ninin rəsmisi bildirib ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur.

Bəs stansiyanın adı nə olacaq? Bu yöndə müzakirə gedirmi? Ərazidəki mühüm tibb ocaqlarının mövcudluğu nəzərə alınaraq, yeni stansiyaya tanınmış tibb alimlərindən birinin , məsələn, Mustafa Topçubaşovun, yaxud milli qəhrəmanlardan birinin adı verilə bilərmi? Ümumiyyətlə, advermə proseduru necədir?

“Bakı Metropoliteni” QSC-dən Musavat.com-a bildirilib ki, mövcud qanunveriliciyə uyğun olaraq, stansiyalara adların verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir və yeni stansiyanın adı ilə bağlı rəsmi məlumat yoxdur.

Qeyd edək ki, metrostansiyaların adları Azərbaycanda müstəqillik illərinə qədər SSRİ Nazirlər Soveti və Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən müəyyənləşdirilirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra isə stansiyaların adlandırılması Nazirlər Kabinetinin səlahiyyətindədir.

Məlumat üçün bildirək ki, 1967-ci il 6 noyabrda fəaliyyətə başlayan Bakı metrosunda stansiyaların adları bir neçə dəfə dəyişdirilib.

Adları dəyişdirilən stansiyalardan biri də indiki “20 Yanvar” stansiyasıdır. 1985-ci ildən fəaliyyətə başlayan bu stansiyanın ilk adı “XI Qızıl Ordu Meydanı” olub. Məlum 20 yanvar hadisələri zamanı da stansiya “XI Qızıl Ordu Meydanı” kimi fəaliyyət göstərib. Hadisədən 2 il sonra, 27 aprel 1992-ci ildə stansiyanın adı “20 Yanvar”la əvəzlənib.

İndiki “28 May” stansiyası ilk illərdə “28 Aprel” adlandırılıb. Bu stasiyanın adı 9 aprel 1992-ci ildə dəyişdirilib.

1972-ci ildən fəaliyyətə başlayan “Avrora” stansiyası 27 aprel 1992-ci ildən “Qara Qarayev” adlandırılıb. “26 Bakı Komissarı” stansiyasının adı isə 9 aprel 1992-ci ildə “Sahil” olub.

“Bakmil” stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı “Elektrozavod” olub. 1 yanvar 1993-cü il tarixində həmin ad “Bakmil” adı ilə əvəzlənib.

“Bakı Soveti”nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci iltarixində “İçәrişәhәr” adı ilə əvəzlənib.

Adı dəyişdirilən hələlik sonuncu stansiya “Koroğlu”dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər “Məşədi Əzizbəyov” olub. Lakin 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və “Koroğlu” adlandırılıb.

Əvvəlki yazı

Şamaxıda zəlzələ olub

Növbəti yazı

Xaricdə Pulsuz Təhsil,Qubada Abituriyentlər Təhsil İmkanlarını Birbaşa Öyrəndi

XƏBƏR LENTİ

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

13/05/2026 12:54
İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

13/05/2026 12:29
Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

13/05/2026 12:04
Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

13/05/2026 11:38
Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

13/05/2026 11:13
Daha 3 itkin şəhidimiz dəfn ediləcək

Daha 3 itkin şəhidimiz dəfn ediləcək

13/05/2026 10:46
Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

13/05/2026 10:18
Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

12/05/2026 23:36
Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

12/05/2026 23:11
Şuşada giriş və çıxış yolları yenidən təşkil edildi

Şuşada giriş və çıxış yolları yenidən təşkil edildi

12/05/2026 22:38
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.