• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Üç övladı olan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR

16 Mart, 26 / 11:50
A A
Üç övladı olan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir.
Alyans.media bildirir ki, statistik göstəricilər ölkədə çoxuşaqlı ailələrin sayının getdikcə azaldığını göstərir. Bu, əsasən yaşayış xərclərinin artması ilə əlaqələndirilir. Eyni zamanda ərzaq və digər gündəlik tələbat məhsullarının bahalaşması səbəbindən indiki dövrdə uşaqlara baxmaq əvvəlki illərlə müqayisədə daha çətinləşib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu səbəbdən sosial dəstəyin əhatə dairəsinin genişləndirilməsini təklif edir:
“Təşəbbüsə əsasən, çoxuşaqlı ailə statusunun mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrə də şamil edilməsi nəzərdə tutulur. Bu halda belə ailələr dövlət büdcəsindən aylıq müavinət ala, eyni zamanda uşaqların sayından asılı olaraq valideynlər üçün erkən pensiya imkanları yaradıla bilər. Məsələn, təklifə görə, ailədə üç uşaq olduqda pensiya yaşının bir neçə il azaldılması mümkün ola bilər”.
Qeyd edək ki, rəqəmlər də demoqrafik azalmanı göstərir. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq dünyaya gəldiyi halda, 2025-ci ildə bu göstərici 100 minin altına düşüb.
Beynəlxalq təcrübədə isə ailə siyasətində uşaqların sayı əsas meyarlardan biri hesab olunur. Avropa ölkələrində sosial dəstək mexanizmləri geniş tətbiq edilir, ödənişlər artıq ikinci uşaqdan başlayaraq verilir.
 \baku.ws
Əvvəlki yazı

“Partlayış səslərindən təşvişə düşməyin” - MN

Növbəti yazı

Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq

XƏBƏR LENTİ

Azərbaycanda internet bahalaşdı - Yeni qiymət

Azərbaycanda internet bahalaşdı - Yeni qiymət

22/04/2026 20:23
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

22/04/2026 19:53
Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

22/04/2026 19:02
Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

22/04/2026 18:36
AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

22/04/2026 18:11
Sabahın havası ilə bağlı - XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı - XƏBƏRDARLIQ

22/04/2026 17:46
İbrahimin vəsiyyəti təəccübləndirdi - “Pulu mən qazanmışam, kimə nə?”

İbrahimin vəsiyyəti təəccübləndirdi - “Pulu mən qazanmışam, kimə nə?”

22/04/2026 17:21
Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

22/04/2026 16:57
Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

22/04/2026 16:46
Bazarlarda bu məhsullar UCUZLAŞDI 

Bazarlarda bu məhsullar UCUZLAŞDI 

22/04/2026 16:31
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.