“Hazırda Azərbaycanda yayılan virus rotaviruslardır. Əslində bu viruslar ilboyu yayılır və mütəmadi olaraq da yoxa çıxır”.
Alyans.media xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla hazırda ölkədə geniş yayılan virusdan danışarkən deyib.
O bildirib ki, xəstəlik daha çox mədə-bağırsaq şikayətləri – qarın ağrısı, ürək bulanma, qusma kimi əlamətlərlə özünü göstərir:

Adil Qeybulla hesab edir ki, xəstəliyə yoluxan şəxs ilk növbədə maye qəbuluna diqqət etməlidir:
“Həddən artıq qarın gedərsə, o zaman mədə-bağırsaq traktının aktivliyini endirən dərmanlar qəbul etmək lazımdır. Bundan əlavə, maye itkisi çoxdursa, xəstəyə müxtəlif infuziyalar olunmalıdır ki, bərpa oluna bilsin. Dehidratasiya ürək və xroniki arterial xəstələri üçün çox təhlükəlidir”.
Professor virusun həyat üçün təhlükəli olmadığını vurğulayıb:
“Virus pandemiyaya meyilli deyil. Onun peyvəndlərindən istifadə etmək olar. Vaksinasiya virusun qarşısını alır və bu məqsədəuyğundur”.










