• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Dünya

Bərzaninin evinə həyata keçirilən PUA hücumu ilə bağlı araşdırma başlayıb

28 Mart, 26 / 20:41
A A
Bərzaninin evinə həyata keçirilən PUA hücumu ilə bağlı araşdırma başlayıb

Rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə (PUA) hücumdan sonra araşdırma aparılması barədə göstəriş verib.

“Alyans.media” xəbər verir ki,  “Reuters” agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

Təhlükəsizlik strukturlarındakı mənbələrin məlumatına görə, şənbə günü səhər tezdən pilotsuz uçuş aparatı İraq Kürdüstan Regionunun başçısının evinə hücum edib. İnsident İraqın şimalında gərginliyin davamlı olaraq artması fonunda baş verib.

Həmin mənbələr hava hücumundan müdafiə (HHM) sistemlərinin Dəhükdəki Peşmərgə döyüşçülərinin bazası yaxınlığında da bir PUA-nı vurduğunu bildiriblər.

Qeyd olunub ki, zərbələr həm İranyönlü silahlı birləşmələrə, həm də kürd qüvvələrinə hücumların qəfil artması fonunda baş verib, çünki ABŞ və İsrailin İrana qarşı müharibəsi İraq ərazisinə keçərək müxtəlif silahlı qruplaşmaları münaqişəyə cəlb edir, Bağdadın isə eskalasiyanı nəzarət saxlaması mürəkkəbləşir.

İraqın Baş naziri Məhəmməd Şiə Əs-Sudani hücumu pisləyib və Neçirvan Bərzanilə telefon danışığı aparıb. Bu barədə onun dəftərxanasının bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, Əs-Sudani insidentləri araşdırmaq və günahkarları müəyyənləşdirmək üçün təhlükəsizlik və texniki araşdırma məsələləri üzrə dərhal birgə qrupunun yaradılması barədə göstəriş verib.

ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri, İraqın şiə silahlı birləşmələrinin ittifaqı olan “Xalq Səfərbərlik Qüvvələri”nə (XSQ) məxsus obyektlərə, həmçinin İraq Kürdüstanındakı Peşmərgə döyüşçülərinin mövqelərinə aviazərbələr endirilir.

İraqın hərbi komandanlığı ABŞ və İsraili XSQ obyektlərinə endirilən aviazərbələrin bir qismini həyata keçirməkdə ittiham edib.

Əvvəlki yazı

Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı

Növbəti yazı

Quş qripi ‘’qapımızda’’ - Azərbaycanda bu xəstəliyə yoluxan var? - AÇIQLAMA

XƏBƏR LENTİ

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

20/04/2026 23:52
Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

20/04/2026 23:28
İtaliyada 1 avroya evlər satılır

İtaliyada 1 avroya evlər satılır

20/04/2026 23:02
Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

20/04/2026 23:02
Zelenski Kiyev rəhbərliyini tənqid etdi

Zelenski Kiyev rəhbərliyini tənqid etdi

20/04/2026 22:40
Ülvi Məmmədov DÇ-də yarışacaq

Ülvi Məmmədov DÇ-də yarışacaq

20/04/2026 22:16
Tramp son sözü deyəcək

Onlarla görüşməkdə heç bir problemim yoxdu

20/04/2026 21:39
Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

20/04/2026 21:19
Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

20/04/2026 21:08
Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

20/04/2026 20:53
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.