Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün İstanbul şəhərinə səfər edib.
Alyans.media xəbər verir ki, bu barədə Zelenskinin sözçüsü Sergey Nikiforov jurnalistlərə açıqlamasında bildirib.
O həmçinin qeyd edib ki, Zelenski Ortodoks Kilsəsinin ən yüksək rütbəli ruhani lideri olan Patriarx Varfolomey ilə də görüşəcək.










