“Space” Televiziyasının təsisçisi kanalın baş direktoru Vado Korovini tutduğu vəzifəsindən azad edib.
Alyans.media Manset.az-a istinadən xəbər verir ki, hazırda “Space” Televiziyasında bütün idarəetmə və səlahiyyətlər icraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.
Qeyd edək ki, ötən günlərdə Vado Korovinin vəzifəsindən azad ediləcəyi ilə bağlı xəbəri yayılmışdı. Kanalın direktor müavini Nəriman Əbdüləliyev xəbəri təkzib edərək bu gün iclas keçiriləcəyini bildirmişdi.










