• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Sabiq məmurun adından istifadə edərək övladı üçün aliment tələbiylə gündəmə gələn Ana narkotik istifadəçisi imiş

17 Aprel, 26 / 5:04
A A
Sabiq məmurun adından istifadə edərək övladı üçün aliment tələbiylə gündəmə gələn Ana narkotik istifadəçisi imiş
Sabiq məmurun adından istifadə edərək övladı üçün aliment tələbiylə gündəmə gələn Ana narkotik istifadəçisi imiş:
Narkotik işləri üzrə qurulmuş klassik müdafiə taktikası işə yaramadı. Fidan Abbasova ilə bağlı məhkəmə qərarı – narkotik istifadəsi təsdiqləndi.
Alyans.media xəbər verir ki Son dövrlərdə müxtəlif qalmaqallı iddialarla gündəmə gələn özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb) Abbasova Fidan Loğman qızı ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. Məlum olub ki, o, narkotik maddə istifadəsi ilə əlaqədar məsuliyyətə cəlb edilib və bu fakt məhkəmə tərəfindən təsdiqlənib.
Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2026-cı il tarixli qərarına əsasən, Abbasova Fidan Loğman qızının əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə hüquqi qiymətini alıb. İş materiallarında yer alan məlumatlara görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş tibbi rəyə əsasən, 04 mart 2026-cı il tarixində ondan götürülmüş sidik nümunəsində narkotik maddə Marixuana — THC (+) aşkarlanıb.

Məhkəmə qərarı ilə Abbasova Fidan Loğman qızı təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bununla yanaşı, onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması da müəyyən edilib.

Mövcud vəziyyətdən çıxmaq üçün Fidan Abbasovanın müdafiəçisi klassik hüquqi taktikadan istifadə etməklə təqsirkarı məsuliyyətdən yayındırmağa çalışıb.
Belə ki, F.Abbasova məqsdəli şəkildə özəl tibb müəssisəsində bir neçə dəfə yoxlamadan keçmiş, nəticələr mənfi çıxdığı- narkotik vasitənin bədənindən təmizləndiyindən əmin olduqdan sonra dərhal Narkoloji Dispanserə təkrar müraciət etməklə guya ilkin tibbi rəyə zidd sənəd əldə etmişdir.

Qərardan narazı qalan Abbasova Fidan Loğman qızı apellyasiya şikayəti ilə çıxış edərək, həm narkoloji mərkəzin, həm də hüquq-mühafizə orqanlarının əməkdaşlarının fəaliyyətinə dair müxtəlif əsassız iddialar səsləndirib. O, təqdim etdiyi şikayətdə analiz nəticələrinin düzgün olmadığını, guya korrupsiya hallarının mövcud olduğunu iddia edib.

Lakin işə Bakı Apellyasiya Məhkəməsində baxılarkən, təqdim olunan bu iddialar obyektiv araşdırma predmetinə çevrilib və onların hər biri ayrıca qiymətləndirilib. Məhkəmə iclasında dinlənilən mütəxəssis rəyləri və ekspertiza nəticələri göstərib ki, irəli sürülən arqumentlərin elmi və hüquqi əsası yoxdur. Məhkəmə baxışı zamanı əlavə olaraq dəvət edilərək dindirilən mütəxəssis rəyinə əsasən bir daha təsdiqlənib ki,  THC (+) nümunəsinin insan orqanizmindən hətta 2-4 gün ərzində təmizlənməsi tibbi elmində təsdiqlənmiş faktdır.

Narkotik vasitənin aşkar edildiyi 24 fevral tarixindən 10 mart tarixinədək tam 14 gün keçdikdən sonra bədəndən silinməyinin tibbə uyğun olduğu təsdiqlənmişdir.  Bununla da məhkəməni həqiqətdən yayındırmaq cəhdi uğursuzluğa düçar olmuşdur.

Araşdırma zamanı xüsusilə aşağıdakı məqamlar müəyyən edilib:

•Respublika Narkoloji Mərkəzinin verdiyi ilkin tibbi rəyin etibarlılığı təsdiqlənib;
•Sidik nümunəsində aşkarlanan THC (+) nəticəsinin düzgünlüyü şübhə altına alınacaq hər hansı mötəbər sübut olmadığı müəyyən edilib;
•Apellyasiya şikayətində qeyd olunan menstrual tsiklin 3-cü günü ilə analiz nəticələri arasında hər hansı elmi əsaslandırılmış əlaqənin olmadığı müəyyən olunub;

•Şəxsin ilkin yoxlamadan günlər keçdikdən (müvafiq maddə qanından sorulduqdan) sonra öz təşəbbüsü ilə verdiyi təkrar analiz nəticələri ilkin tibbi rəyi təkzib edən sübut kimi qəbul edilməyib

Bundan əlavə, məhkəmə tərəfindən narkotik maddələrin insan orqanizmindən çıxma müddəti ilə bağlı səsləndirilən iddialara da hüquqi və tibbi qiymət verilib. Belə ki, məhkəmə mütəxəssis rəylərinin təhlili nəticəsində qənaətə gəlib ki, Fidan Abbasovanın “taktika” ilə bədənindən təmizləndikdən sonra əldə etdiyi ikinci rəy narkotik istifadəçisini təmizə çıxarmaq üçün qurulmuş müdafiənin hissəsi idi.

Nəticə etibarilə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş qərarla apellyasiya şikayəti əsassız hesab olunub, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, məhkəmələr tərəfindən toplanmış sübutlar və ekspertiza rəyləri əsasında Abbasova Fidan Loğman qızının inzibati xəta törətməsi faktı- narkotik istifadəçisi olması tam sübuta yetirilmiş hesab edilib.

Əvvəlki yazı

Turan Bayramov Avropa çempionatında bürünc medal qazandı

Növbəti yazı

“Haber Global” İlham Əliyevin Türkiyə səfərinə dair süjet təqdim edib

XƏBƏR LENTİ

Xarici İşlər Naziri Bayramov, UNESCAP rəsmi əməkdaşlıq müzakirəsi

Xarici İşlər Naziri Bayramov, UNESCAP rəsmi əməkdaşlıq müzakirəsi

20/04/2026 16:15
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

20/04/2026 16:07
NATO qırıcıları Estoniya səmasında

NATO qırıcıları Estoniya səmasında

20/04/2026 15:55
Böyük Britaniya Hörmüz boğazının açılması üçün 30-dan çox ölkəni bir araya gətirir

Hörmüz boğazından 20-dən çox gəmi keçib

20/04/2026 15:45
Paşinyan: Bakı-İrəvan sülhü Ermənistanın iqtisadiyyatını gücləndirəcək

“Biz bu mövzunu bağlayırıq, yalnız belə yolla...” - Paşinyan

20/04/2026 15:37
BMU-da Çin universiteti ilə birgə fakültə açıldı  

BMU-da Çin universiteti ilə birgə fakültə açıldı  

20/04/2026 15:27
Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

20/04/2026 15:15
"ABŞ-İran masasında Rusiya yoxdur, amma..."-Peskov şərtləri açıqladı

"ABŞ-İran masasında Rusiya yoxdur, amma..."-Peskov şərtləri açıqladı

20/04/2026 15:10
Yasamalın bir hissəsində qaz kəsilib

Yasamalın bir hissəsində qaz kəsilib

20/04/2026 14:54
Hindistan Baş nazirinin açılışını edəcəyi neftayırma zavodunda yanğın olub

Hindistan Baş nazirinin açılışını edəcəyi neftayırma zavodunda yanğın olub

20/04/2026 14:46
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.