Xarici İşlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində BMT-nin Baş katibinin müavini və icraçı katibi Armida Salsiah Alisjahbana ilə görüşüb .
“Görüşdə Azərbaycan ilə UNESCAP arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Azərbaycanın regional və beynəlxalq platformalarda artan rolu vurğulanıb. Enerji, nəqliyyat, rəqəmsallaşdırma, ticarətin asanlaşdırılması, yaşıl artım və insan kapitalının inkişafı sahələrində birgə təşəbbüslər üçün imkanlar müzakirə edilib”, – deyə Azərbaycan XİN-dən X-ə bildirilib.










