• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Dünya

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək

17 Aprel, 26 / 16:08
A A
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Alyans.media AZƏRTAC-a istinadən xəbər verir ki, iclas Rusiya Xarici İşlər Nazirliyinin binasında baş tutub. Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Samir Şərifov təmsil edib.

Əvvəlcə, nazirlər iki saatdan çox davam edən məhdud tərkibdə iclas keçiriblər. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

İclasda beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb və təşkilatın bu il qeyd olunan 35 illik yubileyi kontekstində MDB daxilində prioritet fəaliyyət sahələri müzakirə edilib.

Xatırladaq ki, Türkmənistan 2026-cı ildən MDB-yə sədrlik edəcək.

İclasdan sonra xarici siyasət koordinasiyasını gücləndirməyə və hüquq-mühafizə, mədəniyyət və humanitar məsələlərdə əməkdaşlığı genişləndirməyə yönəlmiş bir sıra qərarlar qəbul edilib.

Nazirlər, həmçinin Rusiyanın iki təhsil müəssisəsinə MDB üzv dövlətlərinin baza təşkilatları statusunun verilməsini də nəzərdən keçiriblər.

Bundan əlavə, iclasda MDB çərçivəsində 2025-ci il üçün çoxsəviyyəli idarələrarası məsləhətləşmələr Planının və Birliyə üzv dövlətlərin Xarici İşlər nazirlikləri arasında genişləndirilmiş tərəfdaşlıq üzrə Fəaliyyət Proqramının icrası müzakirə olunub.

Təsdiq edilmiş sənədlərin əksəriyyəti baxılması üçün MDB Dövlət və Hökumət Başçıları şuralarına təqdim ediləcək.

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının oktyabrın 7-də Türkmənistanda keçirilməsi qərara alınıb.

İclasdan sonra MDB-nin Baş katibi Sergey Lebedev və Rusiyanın xarici işlər naziri Sergey Lavrov birgə mətbuat konfransı keçiriblər.

Əvvəlki yazı

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Növbəti yazı

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident tədbirdə iştirak edir

XƏBƏR LENTİ

Çin Lideri Səudiyyə Ərəbistanı vəliəhdi ilə Yaxın Şərq böhranını müzakirə edib

Çin Lideri Səudiyyə Ərəbistanı vəliəhdi ilə Yaxın Şərq böhranını müzakirə edib

20/04/2026 16:30
Xarici İşlər Naziri Bayramov, UNESCAP rəsmi əməkdaşlıq müzakirəsi

Xarici İşlər Naziri Bayramov, UNESCAP rəsmi əməkdaşlıq müzakirəsi

20/04/2026 16:15
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

20/04/2026 16:07
NATO qırıcıları Estoniya səmasında

NATO qırıcıları Estoniya səmasında

20/04/2026 15:55
Böyük Britaniya Hörmüz boğazının açılması üçün 30-dan çox ölkəni bir araya gətirir

Hörmüz boğazından 20-dən çox gəmi keçib

20/04/2026 15:45
Paşinyan: Bakı-İrəvan sülhü Ermənistanın iqtisadiyyatını gücləndirəcək

“Biz bu mövzunu bağlayırıq, yalnız belə yolla...” - Paşinyan

20/04/2026 15:37
BMU-da Çin universiteti ilə birgə fakültə açıldı  

BMU-da Çin universiteti ilə birgə fakültə açıldı  

20/04/2026 15:27
Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

20/04/2026 15:15
"ABŞ-İran masasında Rusiya yoxdur, amma..."-Peskov şərtləri açıqladı

"ABŞ-İran masasında Rusiya yoxdur, amma..."-Peskov şərtləri açıqladı

20/04/2026 15:10
Yasamalın bir hissəsində qaz kəsilib

Yasamalın bir hissəsində qaz kəsilib

20/04/2026 14:54
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.