İranda müharibənin əvvəlindən bəri ABŞ və İsrailin aviasiya zərbələri nəticəsində təxminən 138 min mülki obyektə ziyan dəyib.
Alyans.media xəbər verir ki, bura 113 mindən çox yaşayış binası, təxminən 23 min 500 kommersiya obyekti, 300-dən çox tibb müəssisəsi, 32 universitet və 993 ümumtəhsil müəssisəsi daxildir.
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara fevralın 28-də başlayıb. Tehran da daxil olmaqla, böyük şəhərlər hücuma məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölməsi) İsrailə genişmiqyaslı cavab zərbələri endirib. Eyni zamanda, Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı bir sıra ABŞ hədəfləri də vurulub.
Gərgin keçən danışıqlardan sonra aprelin 7-də tərəflər iki həftəlik atəşkəs elan ediblər. Sabah İslamabadda ABŞ-İran danışıqlarının yeni raundunun keçirilməsi gözlənilir.









