Azərbaycanın Vyetnam, Laos və Kambocadakı səfiri Şövqi Mehdizadə bildirib ki, Cənubi Koreya və Vyetnam Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) qoşula bilər.
Alyans.media xəbər verir ki , bu barədə Mehdizadə X-dəki paylaşımında bildirib .
“Biz Hanoyda Cənubi Koreyanın nəqliyyat naziri cənab Kim Yon Duk ilə görüşdük və Orta Dəhlizin xəritəsini təqdim etdik. Cənubi Koreya və Vyetnam Transxəzər Orta Dəhlizi Dəmir Yolu layihəsinin fəal iştirakçıları ola bilərlər. Bu mövzu Vyetnama səfər edən Cənubi Koreya prezidenti ilə görüş zamanı təqdim olunacaq”, – Şövqi Mehdizadə yazıb.










