• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Bu şəxslər təkrar mənzil tələb edə bilməz - Ali Məhkəmədən vacib qərar

22 Aprel, 26 / 12:30
A A
Bu şəxslər təkrar mənzil tələb edə bilməz - Ali Məhkəmədən vacib qərar

Ali Məhkəmənin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Alyans.media xəbər verir ki, qərarda iddiaçının Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğu bildirilib.

O, ailə üzvləri ilə birlikdə 2012-ci ildə yerli icra hakimiyyəti tərəfindən ayrılmış mənzildə yaşayır. Həmin mənzil iddiaçının həyat yoldaşına verilib, sahə hesablanarkən iddiaçı da daxil olmaqla ailənin bütün üzvləri nəzərə alınıb. Lakin sonradan iddiaçı mənzilin sahəsinin kifayət etmədiyini əsas gətirərək yenidən mənzillə təmin olunmasını tələb edib, hətta mənzil növbəsinə də qəbul edilib. Aidiyyəti icra hakimiyyəti orqanı isə əvvəl bir dəfə mənzil verildiyini əsas gətirərək bu tələbi rədd edib.

Birinci instansiya məhkəməsi iddianı təmin edərək iddiaçının yenidən mənzillə təmin olunmasını məqsədəuyğun hesab edib. Apellyasiya instansiya məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bundan sonra cavabdeh orqan Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə belə nəticəyə gəlib ki, qanunvericiliklə müəyyən edilən xüsusi kateqoriyadan olan şəxslərin mənzillə təminatı dövlətin mühüm sosial öhdəliklərindən biri olsa da, bu hüquq mütləq xarakter daşımır və müəyyən hüquqi çərçivələrlə məhdudlaşdırılır. Sosial hüquqların həyata keçirilməsi dövlətin maliyyə imkanları, resursların məhdudluğu və cəmiyyətdə sosial ədalətin təmin olunması zərurəti ilə sıx bağlıdır. Bu baxımdan dövlət yalnız fərdi maraqları deyil, bütövlükdə cəmiyyətin rifahını və ehtiyacı olan şəxslər arasında balansı nəzərə almalıdır.

Məhkəmə kollegiyası vurğulayıb ki, müharibə əlilləri və digər xüsusi statuslu şəxslər dövlətin xüsusi sosial müdafiəsində olan həssas qrupdur və onların mənzillə təmin olunması sosial ədalətin bərpasına xidmət edir. Lakin bu təminatın məqsədi həmin şəxslərə əlavə üstünlük qazandırmaq deyil, onların əsas yaşayış ehtiyacını aradan qaldırmaq və onları normal sosial həyat şəraitinə qaytarmaqdır. Bu səbəbdən dövlət tərəfindən bir dəfə mənzil verilməsi həmin sosial ehtiyacın təmin edilməsi kimi qiymətləndirilməlidir.

Ali Məhkəmə izah edib ki, xüsusi statusdan irəli gələn əsasla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fonduna çıxış hüququ yalnız bir dəfə həyata keçirilə bilər. Əgər şəxs və ya onun ailə üzvü bu əsasla artıq mənzillə təmin olunubsa və həmin təminat zamanı bütün ailə üzvləri, o cümlədən iddiaçı nəzərə alınıbsa, bu halda həmin şəxs də faktiki olaraq bir dəfə mənzillə təmin edilmiş sayılır. Belə olan halda eyni əsasla yenidən mənzil tələb edilməsi qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz.

Məhkəmə qeyd edib ki, təkrar mənzil təminatı yalnız fərdi iddia ilə məhdudlaşmır, eyni zamanda digər şəxslərin hüquqlarına təsir göstərir. Çünki dövlətin sosial resursları məhduddur və bir şəxsin eyni əsasla ikinci dəfə mənzil əldə etməsi hələ də mənzilə ehtiyacı olan digər şəxslərin bu hüquqdan yararlanma imkanlarını azalda bilər. Bu isə sosial ədalət və bərabərlik prinsiplərinə zidd olardı.

Nəticə etibarilə cavabdehin kassasiya şikayəti təmin edilib.

Əvvəlki yazı

Sabah 55 mindən çox şagird buraxılış imtahanı verəcək - qaydalar və saat açıqlandı

Növbəti yazı

Alena Əliyeva Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsertdə - Fotolar

XƏBƏR LENTİ

Latviya prezidenti "Bakı Ağ Şəhər"də olub

Latviya prezidenti "Bakı Ağ Şəhər"də olub

22/04/2026 15:44
Ərbildə neft emalı zavodunda PARTLAYIŞ 

Ərbildə neft emalı zavodunda PARTLAYIŞ 

22/04/2026 15:27
İran Hörmüzdə 2 xarici gəmini SAXLADI

İran Hörmüzdə 2 xarici gəmini SAXLADI

22/04/2026 15:23
İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verib

İranın neft gəmiləri Vaşinqtona meydan oxuyur-Ağ Evin planları alt-üst oldu

22/04/2026 15:08
İran XİN: Diplomatiya üçün zəruri şərait yarandıqda, Tehran müvafiq addımlar atacaq

İran XİN: Diplomatiya üçün zəruri şərait yarandıqda, Tehran müvafiq addımlar atacaq

22/04/2026 15:00
Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib

Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib

22/04/2026 14:56
İran müharibəsi Almaniyada 200 mindən çox iş yerinin itirilməsinə səbəb ola bilər

İran müharibəsi Almaniyada 200 mindən çox iş yerinin itirilməsinə səbəb ola bilər

22/04/2026 14:52
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

22/04/2026 14:49
Bolqarıstanda sürücü avtobusu Ukrayna vətəndaşlarının üstünə sürüb, ölənlər və yaralılar var

Bolqarıstanda sürücü avtobusu Ukrayna vətəndaşlarının üstünə sürüb, ölənlər və yaralılar var

22/04/2026 14:40
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

22/04/2026 14:34
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.