Goranboyda 46 yaşlı kişi bıçaqlanıb.
Alyans.media xəbər verir ki, Goranboy şəhər sakini Samir Alıyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ona kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıb.
Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.










