• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Rəqsanə İsmayılovanın qətimkan tədbiri dəyişdi – polis nəzarəti nə deməkdir?

23 Aprel, 26 / 18:16
A A
Rəqsanə İsmayılovanın qətimkan tədbiri dəyişdi – polis nəzarəti nə deməkdir?
Xəbər verdiyimiz kimi, külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib. Onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunub.
Alyans.media-nın məlumatına görə vəkil Babək Həmidov AZXEBER.COM-a açıqlamasında deyib ki, qətimkan tədbirlərinin bir neçə növü var:

“Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi qətimkan tədbirlərinin bir neçə növünü müəyyən edir. Bunlar həbs, ev dustaqlığı, girov, zaminlik və polis nəzarətinə vermə kimi qətimkan tədbirləridir. Ən ağır qətimkan tədbiri həbs hesab olunur, daha sonra ev dustaqlığı gəlir. Şəxsin bu qətimkan tədbiri müddətindəki davranışı nəzərə alınaraq, ibtidai istintaqı aparan orqan tərəfindən onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilə  və ya bu tədbir məhkəmə tərəfindən tətbiq oluna bilər”.

O bildirib ki, bu qərarın qüvvədə olduğu müddətdə şəxs yaşayış ünvanını dəyişə bilməz:
“Polis nəzarətinə vermə qətimkan tədbiri Cinayət Prosessual Məcəlləsinin 169-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, bu tədbir seçildikdə dərhal bu barədə məlumat şəxsin daimi yaşayış yeri üzrə polis orqanına göndərilir və şəxs 24 saat ərzində dəvət edilərək qərarla tanış edilir. Qərarın qüvvədə olduğu müddətdə, yəni ibtidai istintaq və ya məhkəmə istintaqı dövründə şəxs istənilən vaxt polis orqanına çağırıla bilər. Şəxsin daimi yaşayış yeri və ya müvəqqəti olduğu yer polis orqanının razılığı olmadan dəyişdirilə bilməz. Eyni zamanda, polis orqanına məlumat vermədən yaşayış məntəqəsini və ya şəhəri tərk etmək də qadağandır”.
“Bu öhdəliklər pozulduğu halda, şəxs barəsində istintaqdan yayınma halları araşdırıla və daha ağır qətimkan tədbiri seçilə bilər”,-deyə vəkil qeyd edib.
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib.
Əvvəlki yazı

Uzunmüddətli subaylıq münasibətlərə uyğunlaşmanı çətinləşdirir – ARAŞDIRMA

Növbəti yazı

Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

XƏBƏR LENTİ

“İsrail İranı daş dövrünə qaytaracaq”

“İsrail İranı daş dövrünə qaytaracaq”

23/04/2026 21:19
Diplom cibdə, gələcək havada: gənclər niyə iş tapa bilmir?

Diplom cibdə, gələcək havada: gənclər niyə iş tapa bilmir?

23/04/2026 20:38
İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

23/04/2026 20:14
İran 5 ölkəyə xəbərdarlıq etdi

İran 5 ölkəyə xəbərdarlıq etdi

23/04/2026 19:48
Qəzada xəsarət alan şəxsi yol polisi xəstəxanaya çatdırdı - Video

Qəzada xəsarət alan şəxsi yol polisi xəstəxanaya çatdırdı - Video

23/04/2026 19:24
Bu dəfə 300 balı onlar topladı

Bu dəfə 300 balı onlar topladı

23/04/2026 19:10
Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

23/04/2026 18:41
Rəqsanə İsmayılovanın qətimkan tədbiri dəyişdi – polis nəzarəti nə deməkdir?

Rəqsanə İsmayılovanın qətimkan tədbiri dəyişdi – polis nəzarəti nə deməkdir?

23/04/2026 18:16
Uzunmüddətli subaylıq münasibətlərə uyğunlaşmanı çətinləşdirir – ARAŞDIRMA

Uzunmüddətli subaylıq münasibətlərə uyğunlaşmanı çətinləşdirir – ARAŞDIRMA

23/04/2026 17:50
Bu tarixlərdə şagirdlər distant təhsil alacaq - Balacaların tətil vaxtı dəyişdirildi

Bu tarixlərdə şagirdlər distant təhsil alacaq - Balacaların tətil vaxtı dəyişdirildi

23/04/2026 17:23
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.