• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Diplom cibdə, gələcək havada: gənclər niyə iş tapa bilmir?

23 Aprel, 26 / 20:38
A A
Diplom cibdə, gələcək havada: gənclər niyə iş tapa bilmir?

Ali təhsil almaq illərlə gənclərin əsas hədəfi kimi təqdim olunsa da, məzun olduqdan sonra iş tapa bilməyənlərin sayı bu yanaşmanın effektivliyini sual altına alır. Mütəxəssislər hesab edir ki, problemin kökündə həm fərdi seçimlər, həm də təhsil sistemindəki boşluqlar dayanır.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Alyans.media-ya açıqlama verib. Elçin Əfəndi hesab edir ki, “diplom var, iş yoxdur” probleminin əsas səbəblərindən biri vaxtında düzgün ixtisas seçiminin aparılmamasıdır: “Abituriyentlər əmək bazarının tələblərini və öz bacarıqlarını kifayət qədər araşdırmadan seçim edirlər. Halbuki əmək bacarıqları əvvəlcədən müəyyənləşdirilməli, bazarda daha çox tələbat olan sahələr nəzərə alınmalıdır. Digər bir ciddi problem tələbələrin universitet illərində özlərini inkişaf etdirməməsidir. Belə ki, bir çox tələbə xarici dil biliklərini artırmır, kompüter proqramlarını öyrənmir, müxtəlif təlimlərdə iştirak etmir və ya könüllülük fəaliyyətinə qoşulmur. Nəticədə, onlar yalnız universitetə davam edib aşağı akademik göstəricilərlə kifayətlənirlər’’.

Ekspert qeyd edib ki, bundan əlavə, problem müəyyən qədər ali təhsil müəssisələri ilə də bağlıdır: ‘’Universitetlər tələbələrə daha geniş təcrübə imkanları yaratmalı, müxtəlif qurumlarla əməkdaşlıq etməlidirlər. Tələbələr həmin müəssisələrdə təcrübə keçməli və özlərini sübut edənlər üçün iş imkanları yaradılmalıdır. Özünü inkişaf etdirən şəxslər aidiyyəti üzrə imtahanlarda – dövlət qulluğu və digər qurumların seçim mərhələlərində iştirak edərək uğur qazana bilirlər. Bu isə onların iş tapmaq şansını əhəmiyyətli dərəcədə artırır.
Eyni zamanda, daha tez iş tapmaq istəyənlər üçün alternativ yol kimi peşə təhsili də göstərilir. Onun sözlərinə görə, əgər bir şəxsin əsas məqsədi sadəcə ali təhsil müəssisəsinə qəbul olmaqdırsa, bu halda peşə məktəblərində dərzilik, aşpazlıq, saç ustalığı, avtomobil texnikası və elektrik ixtisasları üzrə təhsil almaq daha məqsədəuyğun ola bilər. Bu sahələr üzrə ixtisaslaşan şəxslər universiteti yalnız diplom üçün bitirib işsiz qalmaq riskindən daha uzaq olurlar.”

Aysel Tağıyeva

Əvvəlki yazı

İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

Növbəti yazı

“İsrail İranı daş dövrünə qaytaracaq”

XƏBƏR LENTİ

Timatinin də adı həmin siyahıda var

Timatinin də adı həmin siyahıda var

23/04/2026 22:05
“Jurnalist olmaq status deyil, məsuliyyətdir” - AÇIQLAMA

“Jurnalist olmaq status deyil, məsuliyyətdir” - AÇIQLAMA

23/04/2026 22:04
WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək

WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək

23/04/2026 21:43
“İsrail İranı daş dövrünə qaytaracaq”

“İsrail İranı daş dövrünə qaytaracaq”

23/04/2026 21:19
Diplom cibdə, gələcək havada: gənclər niyə iş tapa bilmir?

Diplom cibdə, gələcək havada: gənclər niyə iş tapa bilmir?

23/04/2026 20:38
İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

23/04/2026 20:14
İran 5 ölkəyə xəbərdarlıq etdi

İran 5 ölkəyə xəbərdarlıq etdi

23/04/2026 19:48
Qəzada xəsarət alan şəxsi yol polisi xəstəxanaya çatdırdı - Video

Qəzada xəsarət alan şəxsi yol polisi xəstəxanaya çatdırdı - Video

23/04/2026 19:24
Bu dəfə 300 balı onlar topladı

Bu dəfə 300 balı onlar topladı

23/04/2026 19:10
Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

23/04/2026 18:41
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.