• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

23 Aprel, 26 / 18:41
A A
Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

Azərbaycanda əməkhaqqı siyasəti yenidən müzakirə mövzusuna çevrilib. Rəsmi statistikaya görə, 2026-cı ilin ilk iki ayında ölkədə orta aylıq əməkhaqqı 1099 manat təşkil edib. Lakin bu göstərici ilə minimum əməkhaqqı arasındakı fərq hələ də diqqət çəkir və sosial balans məsələsini gündəmə gətirir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramovun səsləndirdiyi rəqəmlər də göstərir ki, Azərbaycanda minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 36.3 faizinə bərabərdir. Halbuki beynəlxalq təcrübədə bu nisbət adətən 55-60 faiz civarında qəbul olunur və xüsusilə inkişaf etmiş ölkələrdə daha yüksək səviyyədə saxlanılır.

Alyans.media bildirir ki, son dəyişikliklərə əsasən, minimum əməkhaqqına artıq ildə ən azı bir dəfə yenidən baxılması nəzərdə tutulur ki, bu da prosesin daha sistemli xarakter alacağını göstərir. Bununla belə, əsas müzakirə mövzusu minimum əməkhaqqının hansı səviyyədə müəyyənləşdirilməli olduğu və onun orta əməkhaqqı ilə nisbətinin necə tənzimlənməsidir.

Bəs təklif olunan model – yəni minimum əməkhaqqının orta maaşa nisbətinin artırılması nə dərəcədə effektiv ola bilər? Bu addım aşağı gəlirli əhalinin sosial rifahına real təsir göstərəcəkmi və minimum əməkhaqqı hansı həddə qədər yüksəldilməlidir?

Akif Nəsirli

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a mövzu ilə bağlı fikrini bölüşüb: “Vüqar Bayramovun dediyi yanaşma beynəlxalq praktikada “Kaitz indeksi” adlanır. Yəni minimum əməkhaqqı orta və ya median əməkhaqqına bağlanır ki, alıcılıq qabiliyyəti qorunsun və əmək bazarında kəskin disbalans yaranmasın. Hazırda Azərbaycanda 2026-cı il üçün minimum əməkhaqqı 400 manatdır. Dövlət Statistika Komitəsinin son məlumatına görə ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 1020-1050 manat civarındadır. Deməli minimum əməkhaqqı orta əməkhaqqının təxminən 38-39 faizinə bərabərdir.

Avropa İttifaqı 2022-ci ildə direktiv qəbul etdi ki, üzv ölkələr minimum əməkhaqqını müəyyən edəndə orta əməkhaqqının 60 faizi və ya median əməkhaqqının 50 faizi göstəricisini istinad götürsünlər. Beynəlxalq Əmək Təşkilatı da yoxsulluq həddini azaltmaq üçün 45-60 faiz aralığını tövsiyə edir. Bu məntiqlə Azərbaycanda minimum əməkhaqqı 1020 manatın 50-60 faizi, yəni 510-610 manat arasında olsa, beynəlxalq standarta yaxınlaşar.

Təklifin effekti bir neçə cür ola bilər. Müsbət tərəfi odur ki, aşağı maaşlı təbəqənin gəliri artır, istehlak canlanır, rəsmi məşğulluq stimullaşır, kölgə iqtisadiyyatı azalır. Çünki işəgötürən minimumu rəsmi göstərib qalanı “zərfdə” verməkdə maraqlı olmur. Həm də sosial bərabərsizlik bir az azalır”.

İqtisadçı məsələnin riskli tərəfindən də danışıb: “Əgər minimum əməkhaqqı çox kəskin qaldırılsa və özəl sektorda məhsuldarlıq o qədər artmayıbsa, kiçik müəssisələr işçiləri ixtisar edə bilər və ya qiymətləri qaldırar. Bu da inflyasiyanı qızışdırar. Xüsusilə regionlarda və kənd təsərrüfatında orta maaş Bakıdan aşağı olduğu üçün 600 manatlıq minimum bəzi müəssisələri bağlanmağa məcbur edə bilər. Büdcəyə də yük düşür, çünki dövlət sektorunda da maaşlar minimuma bağlı artır. Ona görə ən balanslı variant mərhələli artımdır.

Məsələn, indi 400 manatdırsa, gələn il 480-500 manata, sonra 550-580 manata qaldırmaq və orta əməkhaqqının 50 faizinə çatdırmaq. Belə olanda həm işəgötürən uyğunlaşa bilir, həm də alıcılıq qabiliyyəti qorunur.

Bir sözlə, Vüqar Bayramovun təklifi iqtisadi əsaslıdır və effekti ola bilər, amma artım birdən-birə yox, mərhələ ilə, region fərqləri və inflyasiya nəzərə alınmaqla getməlidir. Minimum əməkhaqqının 510-600 manat aralığı hədəf kimi normal görünür, lakin bunu 1 ilə yox, 2-3 ilə yaymaq daha təhlükəsizdir”.

Əvvəlki yazı

Rəqsanə İsmayılovanın qətimkan tədbiri dəyişdi – polis nəzarəti nə deməkdir?

Növbəti yazı

Bu dəfə 300 balı onlar topladı

XƏBƏR LENTİ

WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək

WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək

23/04/2026 21:43
“İsrail İranı daş dövrünə qaytaracaq”

“İsrail İranı daş dövrünə qaytaracaq”

23/04/2026 21:19
Diplom cibdə, gələcək havada: gənclər niyə iş tapa bilmir?

Diplom cibdə, gələcək havada: gənclər niyə iş tapa bilmir?

23/04/2026 20:38
İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

23/04/2026 20:14
İran 5 ölkəyə xəbərdarlıq etdi

İran 5 ölkəyə xəbərdarlıq etdi

23/04/2026 19:48
Qəzada xəsarət alan şəxsi yol polisi xəstəxanaya çatdırdı - Video

Qəzada xəsarət alan şəxsi yol polisi xəstəxanaya çatdırdı - Video

23/04/2026 19:24
Bu dəfə 300 balı onlar topladı

Bu dəfə 300 balı onlar topladı

23/04/2026 19:10
Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

Azərbaycanda maaş sistemi dəyişir - YENİ MODEL

23/04/2026 18:41
Rəqsanə İsmayılovanın qətimkan tədbiri dəyişdi – polis nəzarəti nə deməkdir?

Rəqsanə İsmayılovanın qətimkan tədbiri dəyişdi – polis nəzarəti nə deməkdir?

23/04/2026 18:16
Uzunmüddətli subaylıq münasibətlərə uyğunlaşmanı çətinləşdirir – ARAŞDIRMA

Uzunmüddətli subaylıq münasibətlərə uyğunlaşmanı çətinləşdirir – ARAŞDIRMA

23/04/2026 17:50
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.