• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

24 Aprel, 26 / 20:56
A A
Xankəndidə avtobuslar fəaliyyətə başlayır
Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır.
Bu barədə Alyans.media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər aparılır. Bu çərçivədə şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilir.
“Yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək”, – deyə məlumatda vurğulanıb.
Qeyd edilib ki, Xankəndidə fəaliyyət göstərəcək şəhərdaxili avtobus marşrutları aşağıdakılardır:
– 1 nömrəli avtobus “Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki”;
– 2 nömrəli avtobus “Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi”;
– 3 nömrəli avtobus isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə marşrutları üzrə hərəkət edəcək.
Marşrut xətləriboyu ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchiz olunub.
Sözügedən marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-yə məxsus ekoloji təmiz elektrik avtobuslarla həyata keçiriləcək. Xankəndidə əhalinin bugünkü tələbatını nəzərə alaraq ilkin mərhələdə ümumilikdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Sərnişinlər ödənişlərini fiziki “BakıKart”, QR-bilet , eləcə də NFC texnologiyası vasitəsilə istənilən bank kartı və mobil ödəniş sistemləri (“Google Pay” və “Apple Pay”) ilə həyata keçirə bilərlər. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud olan ödəniş terminalları vasitəsilə artırmaq mümkündür.
Qeyd edək ki, avtobusların hərəkətinə AYNA-nın monitorinq mərkəzi vasitəsilə real vaxt rejimdə nəzarət ediləcək.
Əvvəlki yazı

Netanyahu əməliyyat olunub - İrana görə gizli saxlayıbmış

Növbəti yazı

28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldı

XƏBƏR LENTİ

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar

24/04/2026 23:11
İran ABŞ-nin “sümüklərini sındıra” bilər”

İran ABŞ-nin “sümüklərini sındıra” bilər”

24/04/2026 22:57
Kral ABŞ-yə səfər edəcək

Kral ABŞ-yə səfər edəcək

24/04/2026 22:46
İntensiv YAĞINTILAR GƏLİR

İntensiv YAĞINTILAR GƏLİR

24/04/2026 22:45
ABŞ İran limanlarına dəniz blokadası tətbiq edir

İran Hörmüzü yenidən minalayır”

24/04/2026 22:32
Azərbaycan hökuməti TOPLAŞDI - son dəqiqə QƏRARLARI

Azərbaycan hökuməti TOPLAŞDI - son dəqiqə QƏRARLARI

24/04/2026 22:19
5 güləşçimiz mübarizəyə başlayır

5 güləşçimiz mübarizəyə başlayır

24/04/2026 22:17
Samboçumuz Avropa çempionu oldu

Samboçumuz Avropa çempionu oldu

24/04/2026 22:04
Bu şəxslərə 2000-6000 manat veriləcək

Bu şəxslərə 2000-6000 manat veriləcək

24/04/2026 21:53
28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldı

28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldı

24/04/2026 21:25
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.