Alyans.media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, gələn həftə baş tutacaq görüş zamanı monarx və mer Manhettendəki 11 sentyabr qurbanlarının xatirə abidəsini ziyarət edəcək, əklilqoyma mərasimində iştirak edəcəklər. Tədbirdə şəhərin keçmiş meri Maykl Blumberqin və digər rəsmi şəxslərin də iştirakı gözlənilir.
Qeyd edək ki, Zöhran Mamdani 2026-cı ilin yanvarından Nyu-Yorkun meri vəzifəsini icra edir və şəhərin tarixində bu posta seçilən ilk müsəlman və əslən asiyalı şəxsdir.
Bukinqem Sarayının aprelin əvvəlində elan etdiyi proqrama əsasən, III Çarlz və Kraliça Kamillanın ABŞ-yə dövlət səfəri 27-30 aprel tarixlərini əhatə edəcək. Səfər çərçivəsində Ağ Evdə kral cütlüyünün şərəfinə rəsmi dövlət ziyafətinin verilməsi də nəzərdə tutulub.
Xatırladaq ki, bir müddət əvvəl Britaniya mətbuatında Şahzadə Harrinin atası ilə ABŞ-də görüşmək və nəvələrini ona göstərmək istədiyi barədə məlumatlar yayılmışdı. Həmçinin bəzi siyasətçilər III Çarlzın Britaniya tarixində sonuncu monarx ola biləcəyi ilə bağlı səs-küylü iddialar səsləndiriblər.










