Alyans.media xəbər verir ki , Azərbaycan Çinin Çendu şəhərində keçirilən 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası Sərgisində iştirak edir .
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, ölkə tədbirdə nazirliyin nümayəndə heyəti ilə təmsil olunur.
Sərginin açılış mərasimində Azərbaycan və Çin arasında imzalanmış mühüm sənədlər, eləcə də strateji tərəfdaşlığın dinamikası barədə məlumat verilib. Xüsusilə nəqliyyat və logistika sahələrində sıx əməkdaşlığa diqqət yetirilib.
Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti 10-cu Asiya-Avropa Multimodal Nəqliyyat İnkişaf Konfransında da iştirak edib. Görüşdə Azərbaycanın nəqliyyat sistemi, ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində, xüsusən də Orta Dəhlizdə rolu və tamamlanmış infrastruktur layihələri barədə məlumat verilib.
Sərgidə Azərbaycanın nəqliyyat və logistika potensialını əks etdirən stend nümayiş olunacaq.










