Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları aprelin 27-də Xankəndi şəhərinə səfər ediblər.
Səfər zamanı qonaqlara şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti və inkişaf layihələri barədə ətraflı məlumat verildi.
Qeyd edildi ki, Xankəndində infrastrukturun yenilənməsi və müasir şəhər mühitinin yaradılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Bərpa və yenidənqurma tədbirləri ilə yanaşı, doğma yurdlarından didərgin salınmış sakinlərin Xankəndinə qayıtması da təmin edilir.
Köçürmə prosesi artıq şəhərdə, eləcə də Kərkicahan qəsəbəsində başlayıb və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdirilir.
Diplomatik nümayəndələr şəhərə səfərləri zamanı Qələbə Meydanını və Qarabağ Universitetini ziyarət etdilər. Onlar həmçinin universitetin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə maraqlandılar.










