• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Bakının ən ucuz evləri bu ərazidədir - SƏBƏB

27 Aprel, 26 / 23:30
A A
Bakının ən ucuz evləri bu ərazidədir - SƏBƏB
Daşınmaz əmlak bazarında qiymət dinamikasında nəzərəçarpan dəyişikliklər müşahidə olunur. Xüsusilə həyət evləri seqmentində ucuzlaşma tendensiyası daha qabarıq şəkildə özünü göstərir. Buna həm normadan artıq yağan yağışların yaratdığı su basma halları, həm də sənədləşmə ilə bağlı məhdudiyyətlər təsir edir. Nəticədə bazarda alıcı marağı azalır və qiymətlər enmə istiqamətində davam edir.
Alyans.media xəbər verir ki, məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, daşınmaz əmlak bazarında ən ucuz seqment əsasən müəyyən risk faktorları ilə seçilən ərazilərdir:
“Normadan artıq yağan yağışlardan sonra su basan ərazilərdə qiymətlər daha çox enib. Onsuz da həyət evlərinə tələbat 2023-cü ildə qəbul edilən qərardan sonra azalmışdı. Həmin qərara əsasən, çıxarışı və sənədi olmayan evlərin kommunal xətlərə qoşulmasına məhdudiyyət qoyuldu. Bu isə alıcı marağını zəiflətdi və qiymətlərin enməsinə səbəb oldu.
Həmin dövrdən etibarən həyət evlərinə maraq azalırdı, son yağışlar isə bu tendensiyanı daha da gücləndirdi. Subasma halları insanlarda əlavə risk və narahatlıq yaratdı. Nəticədə onsuz da az olan alıcı sayı daha da azaldı. Hazırda bazarda ən ucuz əmlak növü həyət evləridir. Xüsusilə çıxarışı olmayan evlərdə qiymət enişi daha qabarıq görünür”.
Ekspert bildirib ki, kmmunal xətlərə qoşulmuş olsa belə, sənədsiz evlərə maraq aşağıdır:
“Bu seqmentdə qiymətlər daha sürətlə enir. Ümumilikdə bazarda bu tendensiya davam edir. Ən çox qiymət enişi isə su basma riski olan ərazilərdə müşahidə olunur. Mərdəkan, Xırdalan, Masazır, Sabunçu və Zabrat istiqamətində yerləşən bəzi ərazilərdə bu hallar daha çox qeydə alınıb. Həmin yerlərdə su basmaları qiymətlərə ciddi təsir göstərib. Onsuz da alıcısı az olan bu evlərdə qiymətlər daha da aşağı düşüb. Bəzi hallarda isə alıcı marağı demək olar ki, yox səviyyəsinə enib”.
O deyib ki, ümumilikdə fərdi evləri iki kateqoriyaya bölmək olar:
“Çıxarışı olan və olmayan evlər. Ən böyük qiymət enişi məhz sənədsiz evlərdə və torpaq sahələrində müşahidə olunur. Bu tip əmlaklara maraq hazırda çox zəifdir. Qiymətlərin enməsi əsasən tələbin azalması ilə bağlıdır. Alıcı sayı azaldıqca satıcılar arasında rəqabət güclənir. Bu isə qiymətlərin daha da aşağı düşməsinə gətirib çıxarır. Satıcılar alıcı cəlb etmək üçün qiymətləri endirməyə məcbur olur.
Bundan əlavə, Binəqədi və ətraf bəzi ərazilərdə də su basma halları qeydə alınıb. Bu da həmin ərazilərdə qiymətlərin enməsinə və alıcı marağının azalmasına səbəb olub. Ümumilikdə, bazarda ən çox ucuzlaşan əmlaklar su basma riski olan və sənədsiz fərdi yaşayış evləridir”, – deyə o qeyd edib.
Əvvəlki yazı

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Növbəti yazı

Dərsə gedən məktəblini maşın vurub öldürdü

XƏBƏR LENTİ

Növbəti köç karvanı Xocavəndə çatıb

Növbəti köç karvanı Xocavəndə çatıb

28/04/2026 14:59
Ukraynada hərbi vəziyyət rejimi daha 90 gün uzadılıb

Ukraynada hərbi vəziyyət rejimi daha 90 gün uzadılıb

28/04/2026 14:48
Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

28/04/2026 14:42
“Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq

“Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq

28/04/2026 14:34
“Fənərbaxça”da növbədənkənar prezident seçkisinin vaxtı bəlli olub

“Fənərbaxça”da növbədənkənar prezident seçkisinin vaxtı bəlli olub

28/04/2026 14:26
Prezident İlham Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib

28/04/2026 14:24
Zelenski İsraili sanksiyalarla hədələyib

Zelenski İsraili sanksiyalarla hədələyib

28/04/2026 14:14
Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

28/04/2026 14:09
Prezident bir qrup sahibkarı təltif edib

Prezident bir qrup sahibkarı təltif edib

28/04/2026 14:01
Fransa və Norveç Epstein işi üzrə birgə istintaq qrupu yaradıb

Fransa və Norveç Epstein işi üzrə birgə istintaq qrupu yaradıb

28/04/2026 13:54
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.