• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Dünya

Zelenski İsraili sanksiyalarla hədələyib

28 Aprel, 26 / 14:14
A A
Zelenski İsraili sanksiyalarla hədələyib

Rəsmi Kiyev Ukraynanın oğurlanmış taxılını daşıyan, bundan maddi gəlir əldə edən şəxslərə və qurumlara sanksiyalar tətbiq edəcək.

Alyans.media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

O, Ukraynaya məxsus taxılın Rusiya tərəfindən mənimsənilərək İsrailə ixrac edilməsini pisləyib: “Bu legitim ticarət ola bilməz. İsrail rəhbərliyi ölkənin limanlarına hansı gəminin gəldiyini və bu gəminin nə daşıdığını bilməyə bilməz. Rusiya sistemli şəkildə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki taxılı mənimsəyir və işğalçılarla əlaqəli şəxslər vasitəsilə bu taxılın ixracını təşkil edir”.

Zelenski bu prosesin İsrailin öz qanunlarına da zidd olduğunu qeyd edib və Ukraynanın bu cür halların baş verməməsi üçün lazımi diplomatik addımlar atdığını, lakin daha bir gəminin İsrail limanına yan aldığını vurğulayıb.

“Mən vəziyyətlə bağlı Ukrayna Xarici İşlər Nazirliyini bizim bütün tərəfdaşlarımızı xəbərdar etməklə bağlı təlimatlandırmışam”, – Zelenski deyib.

Ukrayna lideri bu ticarətdən gəlir əldə edənlərin sanksiyaya məruz qalacağı ilə bağlı xəbərdarlıq etməklə yanaşı, həmin şəxslərə Avropa sanksiyalarının da şamil edilməsi üçün rəsmi Kiyevin avropalı tərəfdaş ölkələrlə koordinasiya quracağını da diqqətə çatdırıb.

“Ukrayna hər bir dövlətlə tərəfdaşlıq və qarşılıqlı hörmətə arxalanır. Biz xüsusilə Yaxın Şərqdə təhlükəsizliyi artırmaq üçün əzmlə işləyirik. İsrail rəhbərliyindən Ukraynaya hörmət edilməsini və ikitərəfli əlaqələrə zərər verən hərəkətlərdən çəkinmələrini gözləyirik”, – Zelenski əlavə edib.

Əvvəlki yazı

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

Növbəti yazı

Prezident İlham Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib

XƏBƏR LENTİ

Azərbaycanda dollar ucuzlaşdı

Azərbaycanın xarici borcunun 86%-dən çoxu ABŞ dolları ilə ifadə olunub

28/04/2026 16:06
Mustafayev, Qaluzin Bakı-Moskva münasibətlərini müzakirə edirlər

Mustafayev, Qaluzin Bakı-Moskva münasibətlərini müzakirə edirlər

28/04/2026 15:58
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

28/04/2026 15:50
Ermənistanda ruspərəst mediaya ağır zərbə: Onlarla "YouTube" kanalı silindi

Ermənistanda satqınlıq savaşı: keçmiş nazirlər bir-birini ittiham edir

28/04/2026 15:43
“Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq

“Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq

28/04/2026 15:34
“Qarabağ”ın 700-cü səfər qolunu Musa vurdu

“Qarabağ”ın 700-cü səfər qolunu Musa vurdu

28/04/2026 15:25
Ukrayna hərbi vəziyyəti 90 gün uzadıb

Ukrayna hərbi vəziyyəti 90 gün uzadıb

28/04/2026 15:12
Növbəti köç karvanı Xocavəndə çatıb

Növbəti köç karvanı Xocavəndə çatıb

28/04/2026 14:59
Ukraynada hərbi vəziyyət rejimi daha 90 gün uzadılıb

Ukraynada hərbi vəziyyət rejimi daha 90 gün uzadılıb

28/04/2026 14:48
Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinin başçısı olub

28/04/2026 14:42
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.