Alyans.media Reporta istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinə məlumat verilib. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ikitərəfli Azərbaycan-Rusiya münasibətlərini müzakirə ediblər .
Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüş aprelin 28-də Moskvada baş tutub.
“Görüşdə ikitərəfli münasibətlərin bəzi cari məsələləri müzakirə olunub”, – deyə məlumatda bildirilir.










