Alyans.media Reporta istinadən xəbər verir ki , avarçəkmə, kayak və kanoe üzrə 2026-cı il beynəlxalq “Prezident Kuboku” turnirində parad və komanda təqdimatı keçirilib .
Tədbir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə keçirilib.
Paradda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı iştirak edib.
Yarışlar bir gün əvvəl Ağdamda, Sərsəng su anbarında başlayıb və mayın 1-də başa çatacaq.










