Alyans.media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 1 aprel 2026-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 4,69 milyard dollar təşkil edib ki, bunun da 86,1%-i dollarla ifadə olunub .
Borc strukturunda avronun payı 6,1%, SDR-in payı 3,1%, Yapon yeninin payı 3,1%, digər valyutaların payı isə 1,6% təşkil edir.
Xarici borcun təxminən yarısı – 49,1%-i üzən faiz dərəcəsi ilə, öhdəliklərin isə 50,9%-i isə sabit faiz dərəcəsi ilə verilir.
Borcun təxminən 59,2%-i 5 il, 35,4%-i 5 ildən 10 ilə qədər, 5,4%-i isə 10 ildən artıq müddətə ödənilməlidir.










