Alyans.media AZƏRTAC-a istinadən xəbər verir ki, Xocavənd rayonunda 299 nəfərdən ibarət 68 ailə yeni evlərinin açarlarını alıb.
Açarın təhvil verilməsi mərasimində Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə Xüsusi Nümayəndəliyinin rəsmiləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QKDK) nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Bu mərhələnin bir hissəsi olaraq, 39 ailə (176 nəfər) Xocavənd şəhərinə, 16 ailə (63 nəfər) Qırmızı Bazar qəsəbəsinə, 13 ailə (60 nəfər) isə Xocavənd rayonunun Xanoba kəndinə köçürülüb.










