• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

MEK-də akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilən sərgi açılıb

28 Aprel, 26 / 16:55
A A
MEK-də akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilən sərgi açılıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli alim və ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi keçirilir.

Alyans.media AZƏRTAC-a istinadən xəbər verir ki, bu  barədə MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın zəngin həyat və elmi fəaliyyətini əks etdirən “Zərifə Əziz qızı Əliyeva” biblioqrafik göstərici, “Oftalmologiyanın aktual problemləri”, “Qaranlığa nur saçan zəka” üç dildə, “Pedaqogika”, “Zərifənin möcüzələri”, “Yüksək əqidə”, həmçinin görkəmli akademikin tədqiqatlarından ibarət çoxcildlik, yubileylərinə həsr olunmuş beynəlxalq elmi konfransların materiallar toplusu və başqa dəyərli nəşrlər nümayiş etdirilir.

Bundan əlavə, Zәrifә xanımın Ümummilli Lider Heydәr Əliyevin hәyatındakı rolundan bəhs edən “Heydər Əliyev”, “Zərifə xanım Əliyeva”, “İstedadlar ocağı”, “Əbədiyaşar məhəbbət” və digər nəşrlər sərgidə yer alıb. Alimin həmmüəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” adlı elmi əsərin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi tərəfindən əlavələrlə birlikdə ilk dəfə ingilis dilinə tərcümə edilərək yeni tərtibatda nəşr olunmuş variantı da sərgidə layiqli yerini tutub.

Nəşrlərdə akademik Zərifə Əliyevanın Azәrbaycanda oftalmologiya elminin inkişafında müstәsna xidmәtlәrindən, tibb elminə gətirdiyi yeniliklərdən, traxoma xəstəliklərinin Azərbaycanda kütləvi yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən təşəbbüslərdən, illәr boyu apardığı müşahidәlәrdən, klinik tәdqiqatların vә tәcrübәlәrin nәticәlәrindən, eləcə də yüksәkixtisaslı kadrların hazırlanmasında böyük әmәyindən bəhs olunur.

Sərgi iki həftə müddətində davam edəcək. Nümayiş olunan ədəbiyyatla kitabxananın saytındakı elektron kitabxana bölməsində onlayn şəkildə tanış olmaq mümkündür.

Əvvəlki yazı

Xocavənd rayonuna köçürülən daha 68 ailəyə ev açarları verilib

Növbəti yazı

Qazaxıstan ilə Azərbaycan arasında sosial sığorta sahəsində memorandum imzalanıb

XƏBƏR LENTİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

28/04/2026 20:09
Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - Həbs edildi

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - Həbs edildi

28/04/2026 19:43
Tramp: İran Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyir

Tramp: İran Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyir

28/04/2026 19:02
Bakının bu ərazilərində yaşayanların nəzərinə: Evlər söküləcək, əhali isə...

Bakının bu ərazilərində yaşayanların nəzərinə: Evlər söküləcək, əhali isə...

28/04/2026 18:36
Türkiyə F-16-ları Azərbaycanda

Türkiyə F-16-ları Azərbaycanda

28/04/2026 18:11
“Real Madrid” yeni baş məşqçisini tapdı

“Real Madrid” yeni baş məşqçisini tapdı

28/04/2026 17:46
Məktəb psixoloqarı ilə bağlı yenilik: Bundan sonra onlar da…

Məktəb psixoloqarı ilə bağlı yenilik: Bundan sonra onlar da…

28/04/2026 17:21
Qazaxıstan ilə Azərbaycan arasında sosial sığorta sahəsində memorandum imzalanıb

Qazaxıstan ilə Azərbaycan arasında sosial sığorta sahəsində memorandum imzalanıb

28/04/2026 17:00
MEK-də akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilən sərgi açılıb

MEK-də akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilən sərgi açılıb

28/04/2026 16:55
Xocavənd rayonuna köçürülən daha 68 ailəyə ev açarları verilib

Xocavənd rayonuna köçürülən daha 68 ailəyə ev açarları verilib

28/04/2026 16:49
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.