ANAMA sədri Vüqar Süleymanov və Niderland səfiri Marianne de Jong mina təhlükəsi ilə mübarizədə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Alyans.media Reporta istinadən xəbər verir ki, ANAMA-dan məlumata verilib, görüş zamanı səfirə Azərbaycandakı mövcud mina probleminin miqyası və onun nəticələri, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətlərinin gedişi barədə məlumat verilib.










