Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin Ermənistana mal ixracının sənədləşdirilməsi qaydalarını dəyişdirəcəyini bildirib.
Alyans.media Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, onun sözlərinə görə, əvvəllər Türkiyə mallarının birbaşa Ermənistana göndərildiyini rəsmi şəkildə sənədləşdirmək mümkün deyildi. Buna görə də onlar üçüncü ölkələrə göndərilir və daha sonra Ermənistana çatdırılırdı.
“Ermənistanda Türkiyə istehsalı olan çoxlu mal var və əlavə bir proses də var idi: bu mallar başqa ölkəyə aparılıb və sonra Ermənistana tədarük edilib”, – deyə Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Türkiyə bundan sonra sənədlərdə Ermənistanın birbaşa çatdırılma ölkəsi kimi göstərilməsinə icazə verəcək.










