• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Azərbaycanda vərəm xəstələri evə buraxılır?

13 May, 26 / 22:21
A A
Azərbaycanda vərəm xəstələri evə buraxılır?

Bakıda fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan vərəm xəstəsi evə yazılıb.

Alyans.media xəbər verir ki, bunu Oxu.az-a tibb müəssisəsində müalicə alan xəstə Anatoli Lopatinin ailə üzvləri bildiriblər.

Məlumatda qeyd edilib ki, A.Lopatinin səhhəti qəfil pisləşib və o, ağır vəziyyətdə (kaxeksiya) Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Xəstə müayinə olunandan sonra təcili göndərişlə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsinə hospitalizasiya olunub. İnstitutda aparılan müayinələrdən sonra ona “ciyər vərəmi, açıq stansiya” diaqnozu qoyulub. Xəstə bir ay reanimasiyada müalicə aldıqdan sonra açıq vərəm şöbəsinə palataya köçürülüb. Bu gün səhər saatlarında isə institutun Polad adlı həkimi xəstəyə bildirib ki, o, tam sağalmadığı halda evə buraxılır. Xəstə və onun yaxınları buna etiraz etsələr də, həkim onların etirazlarına məhəl qoymayıb.
Xəstənin yaxınları hesab edirlər ki, açıq vərəm xəstəsinin evə yazılması yolverilməzdir:

“Çünki həmin xəstə ətrafında hamını xəstələndirməyə qadirdir və bu xəstəlik çox asanlıqla – hava yolu ilə, bəlğəm, sidik və nəcis ifrazı ilə, qab-qacaq, hətta dəsmal və ya toxunduğu əşyalar vasitəsilə ətrafındakı şəxsləri yoluxdura bilir. Bu gün həmin həkimlə danışdıq. Həkimə dedik ki, onu xəstəxanadan buraxsanız, bu adam həm ailəsini, həm də ictimai nəqliyyatdan istifadə edərkən daha çox insanı yoluxduracaq. Amma həkim bizə məhəl qoymur”.

Məsələ ilə bağlı açıqlama verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi Gülzar Əliyeva faktı təsdiqləyib. O bildirib ki, həqiqətən də adıçəkilən xəstə bir ay əvvəl institutun reanimasiya şöbəsinə yerləşdirilib:

“Həmin xəstə instituta kritik vəziyyətdə gətirilmişdi. Bir ay müalicə olundu, kliniki vəziyyətdən çıxarıldı. Hazırda palata şəraitində müalicə olunur və xəstəxanadan evə yazılmalıdır. Çünki bütün dünyada belədir, xəstə bir ay müalicə olunandan sonra xəstəxanadan çıxarılıb ev şəraitində müalicə almalıdır. Vərəm xəstəliyi müalicə ilə 6 aya sağalır. Həmin xəstəyə ev şəraitində qayğı lazımdır. Ona görə də həmin xəstəni evə yazırıq ki, yaxınları ona qayğı göstərsinlər. Yaxınları isə ona qayğı göstərmək istəmirlər, bizim isə bir aydan artıq həmin xəstəni saxlamaq imkanımız yoxdur. O, səfil həyatı yaşayan şəxsdir, yəqin qohumları da ona görə onu qəbul etmək istəmirlər. Xəstə əgər istəyərsə, qeydiyyatda olduğu aidiyyəti tibb müəssisəsinə müraciət edib təkrar müalicə kursu keçə bilər”.

Əvvəlki yazı

Bakıda ictimai nəqliyyatda ilk - Üztanıma ilə ödəniş olacaq

Növbəti yazı

Bayrama görə bütün sosial ödənişlər bu tarixədək VERİLƏCƏK – RƏSMİ

XƏBƏR LENTİ

Bu şəxslərin qurbanı qəbul olunmur - Haramsayılan məqamlar

Bu şəxslərin qurbanı qəbul olunmur - Haramsayılan məqamlar

13/05/2026 23:43
“Sabah” Azərbaycan Kubokunun qalibi oldu

“Sabah” Azərbaycan Kubokunun qalibi oldu

13/05/2026 23:16
Bayrama görə bütün sosial ödənişlər bu tarixədək VERİLƏCƏK – RƏSMİ

Bayrama görə bütün sosial ödənişlər bu tarixədək VERİLƏCƏK – RƏSMİ

13/05/2026 22:47
Azərbaycanda vərəm xəstələri evə buraxılır?

Azərbaycanda vərəm xəstələri evə buraxılır?

13/05/2026 22:21
Bakıda ictimai nəqliyyatda ilk - Üztanıma ilə ödəniş olacaq

Bakıda ictimai nəqliyyatda ilk - Üztanıma ilə ödəniş olacaq

13/05/2026 21:54
Toylarla bağlı təklifi gündəm oldu

Toylarla bağlı təklifi gündəm oldu

13/05/2026 21:27
Kirayə pulu dostları düşmən etdi - Huşunu itirənə qədər döyüldü

Kirayə pulu dostları düşmən etdi - Huşunu itirənə qədər döyüldü

13/05/2026 20:44
Rayonlara yağış, kəndlərə dolu yağıb

Rayonlara yağış, kəndlərə dolu yağıb

13/05/2026 20:19
“Fənərbağça”ya daha bir zərbə - Bu dəfə UEFA-dan

“Fənərbağça”ya daha bir zərbə - Bu dəfə UEFA-dan

13/05/2026 19:49
Dünyada daha bir virus yayıldı - 1700 insan karantinə alındı

Dünyada daha bir virus yayıldı - 1700 insan karantinə alındı

13/05/2026 19:22
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.